Xəbər lenti 
					
 
		Bu sızanaqlar ciddi xəstəlikdən xəbər verir
Bəs sızanaqlar hansı xəstəliklərin göstəricisidir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, istər yeniyetməlik, istərsə də gənclik dövründə bir çox insanı narahat edən sızanaq xəstəliyi piy vəzilərinin iltihablaşması nəticəsində baş verir.
“Onlar, adətən, üzdə, sinədə, kürəkdə, yəni piy vəzilərinin çox olduğu nahiyələrdə meydana gəlir. Sızanağı saç folekullarının və piy vəzilərinin mürəkkəb xəstəliyi adlandırmaq olar. Sızanaqların yaranmasında ilkin səbəb piy vəzilərinin hiperfunksiyasıdır. Bədəndə yaranan sızanaqlar, əsasən, daxili xəstəliklərlə əlaqədar olur. Boyun nahiyəsində meydana gələn sızanaqlar böyrəküstü vəzilərin həddindən çox işlədiyinin göstəricisidir. Bu o deməkdir ki, orqanizmdə hormon pozğunluğu var. Çox şəkərli qidalar yedikdə və stressli həyat tərzi keçirdikdə də bu nahiyədə sızanaqlar yarana bilər. Çiyinlərdə müşahidə edilən sızanaqlar isə həddindən artıq stressin göstəricisidir”.
“Yağlı, ədviyyatlı qidaları çox istehlak etmək və yaxşı qidalanmamaq onların yaranmasına səbəb olur. Qarın bölgəsində sızanaqlara çox az rast gəlinir. Bu hissədə əgər səpkilər olsa, bu, qan şəkərinin səviyyəsinin yüksək olması ilə bağlıdır. Omba və ayaqlarda yaranan sızanaq allergiya ilə sıx əlaqədardır. Bədən kremlərinin, duş gellərinin tərkibində olan bəzi maddələr allergiyaya səbəb olur. Həmçinin dərini ölü hüceyrələrdən təmizləmək üçün tərkibində salisil turşusu olan nəmləndiricilərdən istifadə etmək lazımdır. Bundan əlavə yuxu rejimini normaya salaraq və düzgün qidalanaraq bu problemdən xilas olmaq mümkündür”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















