Xəbər lenti 
					
 
		Ağız boşluğunun sağlamlığı bu vitamindən asılıdır

RUDN Tibb İnstitutunun direktor müavini, terapevtik stomatologiya kafedrasının müdiri, dosent Zurab Xabadze hesab edir ki, ağız sağlamlığını qorumaq üçün hər üç-altı ayda bir D vitamini qəbul etmək lazımdır.
Manevr.az xəbər verir ki, ekspert bu barədə Gazeta.ru-ya müsahibəsində bildirib.
“Sizin qidalanmanız avtomobili işə salan benzinlə eyni funksiyanı yerinə yetirir. D vitamini isə elə bir "yağdır" ki, onsuz heç bir "mühərrik" işə düşməyəcək. Birincisi, kalsium və fosforun uğurla mənimsənilməsinə kömək edir. İkincisi, onun çatışmazlığı bədənin ümumi immunitetinə mənfi təsir göstərir. İmmunitetin azalması isə bizi müxtəlif patogenlərə, o cümlədən ağız boşluğunda olan patogenlərə daha həssas edir. Hətta D vitamini çatışmazlığı olmazsa, diş daşı çökmələri də baş verə bilməz”, - mütəxəssis izah edib.
Həkim diş sağlamlığı üçün pəhrizin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, qazlı içkiləri minimuma endirmək və spirtli içkilərdən uzaq durmaq lazımdır.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















