Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyrək xəstəlikləri ilə bağlı bilməli olduğumuz faktlar

Tarix: 10-03-2024 11:22     Baxış: 3170 A- / A+
Böyrək xəstəlikləri ilə bağlı bilməli olduğumuz faktlar

Martın 10-u Ümumdünya Böyrək Günüdür.
 
Manevr.az bununla bağlı Azərtac-ın araşdırmasını təqdim edir.
 
2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü qeyd olunur. Əslində, bu, böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Ümumdünya Böyrək Gününün qeyd edilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.
 
Böyrəklər bizi sağlam saxlamaq üçün bir çox vacib vəzifələri yerinə yetirən mürəkkəb orqanlardır. Böyrəklərin əsas işi qandan toksinləri və artıq suyu çıxarmaqdır. Böyrəklər, həmçinin qan təzyiqini idarə etməyə, qırmızı qan hüceyrələrini istehsal etməyə və sümükləri sağlam saxlamağa kömək göstərir. Hər biri təxminən yumruq ölçüsündə olan böyrəklər qarın boşluğunun dərinliyində, qabırğa qəfəsinin altında yerləşir. Böyrəklər natrium və kalium da daxil olmaqla, bir çox mineral və molekulların qan axını səviyyələrini idarə edir, qanın turşuluğunu tənzimləməyə kömək göstərir. Böyrəklər hər gün bədəndəki duzu və suyu tənzimləyir ki, qan təzyiqi eyni qalsın.
 
Xroniki böyrək xəstəliyi bütün dünyada epidemiyaya çevrilmiş böyük ictimai sağlamlıq problemidir. Böyrək xəstəliyi erkən aşkar edilərsə, qarşısını almaq mümkündür. Xəstəlik haqqında məlumatlılığın olmaması onu erkən mərhələdə aşkarlamağa imkan vermir. İnsanlar öz xəstəliklərindən xəbərsiz olduqları üçün böyrək çatışmazlığı inkişaf edir və onların həyat keyfiyyəti pisləşir.
 
Dünyanın müxtəlif yerlərində aparılan araşdırmalar göstərib ki, xəstəlik haqqında məlumatlılıq 10 faizdən aşağıdır. Bu səbəbdən xəstəlik son mərhələdə böyrək çatışmazlığı mərhələsinə keçir, həmçinin əlilliyə və ölüm nisbətlərinin artmasına səbəb olur.
 
Böyrək Gününün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələri problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibbi avadanlıqların hazırlanmasına diqqəti cəlb etmək də var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə 1 milyon əhalinin 1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur. Onlardan 650 nəfəri dializ müalicəsi alır.
 
Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarlanmasına və müalicə üsullarına yönəltməkdir.
 
Unutmamalıyıq ki, xroniki böyrək xəstəliklərinin qarşısını almaq və onları müalicə etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar