Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Meyit donordan orqan götürülməsi mümkün olacaq? - VİDEO

Tarix: 04-03-2024 10:12     Baxış: 4148 A- / A+

Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil. Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.

Manevr.az
-ın məlumatına görə, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.

Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi  təqribən 16 min manatdır.

Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.

Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə "beyin ölümü” diaqnozu qoyulmur.

Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar