Xəbər lenti 
					
 
		Belə hava şəraiti insult riskini artırır

Yüksək temperatura uzun müddət məruz qalmaq kəskin işemik insult riskini artırır.
Manevr.az xəbər verir ki, bu barədə “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmada Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər olan dövrdə toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi və xəstəliyinə görə təhlil aparıblar.
Müəyyən edilib ki, kəskin işemik insult riski yüksək temperaturda daha yüksək olur. Yüksək temperatura məruz qalma nə qədər uzun olarsa, insult şansı da bir o qədər artır.
Nəticələr qlobal iqlim dəyişikliyi şəraitində yaşlı insanların yüksək temperaturdan qorunmasının vacibliyini göstərir.modern.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















