Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Diabet riskini azaldan dərman tapıldı

Tarix: 01-01-2024 09:53     Baxış: 3251 A- / A+
Monaş Universitetinin (Melburn, Avstraliya) tədqiqat qrupu gündəlik 100 mq aspirin qəbulunun II tip diabetin inkişaf riskini azaltmağa kömək etdiyini müəyyənləşdirib.
Alimlərin işinin nəticələri "The Lancet Diabetes & Endocrinology" jurnalında təqdim olunub.

İşin müəllifləri təxminən 5 il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəlik 100 mq aspirin, ikincisi isə eyni miqdarda plasebo qəbul edib.
Ətraflı
Tədqiqat zamanı 995 iştirakçı II tip şəkərli diabet inkişaf etdirib, birinci qrupda 459, ikinci qrupda isə 536 belə iştirakçı olub. Beləliklə, aspirin xəstəliyin inkişaf riskini 15% azaldıb. 
Müəlliflər bütün iştirakçıların sağlamlıq göstəricilərini təhlil etdikdən sonra birinci qrupdakı iştirakçılarda səhər saatlarında acqarına qan qlükoza səviyyəsinin daha az artdığını aşkar etdilər.
Bununla belə, alimlər aspirinin mənfi təsirini - güclü qan durulmasını da təsdiqləyiblər. Bu, təhlükəli qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar