Xəbər lenti
Avstraliyalı alimlər diabet riskini azaldan dərman tapıblar

Manevr.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələri “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri təxminən beş il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəlik 100 mq aspirin, ikincisi isə eyni miqdarda plasebo qəbul edib.
Tədqiqat zamanı 995 iştirakçıda II tip diabet inkişaf edib, birinci qrupda 459, ikinci qrupda isə 536 belə iştirakçı olub. Beləliklə, aspirin xəstəliyin inkişaf riskini 15% azaldıb. Müəlliflər bütün iştirakçıların sağlamlıq göstəricilərini təhlil etdikdən sonra birinci qrupdakı iştirakçılarda səhər saatlarında acqarına qanda qlükoza səviyyəsinin daha az artdığını aşkar ediblər.
Bununla belə, alimlər aspirinin mənfi təsirini – güclü qan durulmasını da təsdiqləyiblər. Bu, təhlükəli qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.modeen.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar