Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən bu xəstəliklə bağlı xəbərdarlıq

Tarix: 13-12-2023 17:29     Baxış: 3231 A- / A+


  
Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalarla bağlı əhaliyə çağırış edib.
Manevr.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova respirator viruslarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, kəskin respirator infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir.
Terapevt bildirib ki, payız-qış mövsümündə bu infeksiya daha çox yayılır:
“Soyuq havada qapalı məkanda toplanma, immun sisteminin zəifləməsi, eləcə də meyvə-tərəvəzin az qəbulu xəstələnməni qaçılmaz edir. Qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur. Bu səbəbdən həkimə müraciət tövsiyə olunur”.
Nazirlik rəsmisi qeyd edib ki, kəskin respirator infeksiyaların 25 %-ni məhz qrip təşkil edir:
“Xəstəliyin əsas simptomları öskürək, yüksək hərarət, boğazağrısı, qıcıqlanma, üşümə, halsızlıq və s. Qripin inkubasiya dövrü 2-3 gün, xəstəlik isə 1 həftə davam edir. Düzgün müalicə metodu olmasa, qripin ciddi fəsadları ola bilər. Xəstəliyə yoluxmamaq üçün vitaminlərlə zəngin düzgün qidalanma, maye balansı mütləqdir. Yuxu rejiminin də immun sisteminin güclənməsində böyük rolu var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar