Xəbər lenti
Arıqlama dərmanlarının bilmədiyiniz zərərləri
İmmunoloq, beynəlxalq sağlamlıq və dərman vasitələri üzrə ekspert Nikolay Kryuçkov arıqlama dərmanlarının zərərlərindən danışıb.Manevr.az xəbər verir ki, həkim “Radio Komsomolskaya Pravda”ya müsahibəsində iştahı azaltmaqla yanaşı, arıqlamağa kömək edən dərmanların effektiv olmadığını bildirib.
"Dərman istehsalçıları insanları inandırır ki, sadəcə həb qəbul etməklə arıqlamaq mümkündür. Və dərmanların insanları idmandan imtina etməyə məcbur edəcəyini də iddia edirlər. Bu dərmanlar zərərsiz deyil. Xüsusilə ürəkbulanma, qusma və ishala səbəb olurlar. Əsas problem onunla bağlıdır ki, insan dərman qəbul etməyi dayandırdıqda bütün risklər, yəni çəki də daxil olmaqla, kifayət qədər tez geri qayıdır”, - Kryuçkov xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, insanlar bu dərmanı uzun müddət istifadə edə bilmirlər, çünki qiyməti çox yüksəkdir, hər kəs onu ala bilməz.
“Artıq çəki həyat tərzində dəyişiklik tələb edir. Bütün tədqiqatlar göstərir ki, arıqlamaq kompleks yanaşma tələb edir", - immunoloq yekunda qeyd edib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































