Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə qızılca əleyhinə peyvənd vurula bilməz

Tarix: 01-12-2023 16:08     Baxış: 3202 A- / A+

“Hamilələr və yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir”.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
O xatırladıb ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir: “Bir otaqda qızılca xəstəliyi olan şəxs onunla təmasda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə, sonradan yoluxma ehtimalı var”.
TƏBİB rəsmisi bildirib ki, xəstə şəxslərdə səpkilər üz nahiyəsindən başlayır və digər yerlərə yayılır: “Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan şəxslər ev şəraitində müalicə ala bilərlər. Peyvənd vurdurmayan şəxslər risk qrupuna aiddir. Valideynlər ağırlaşma riski olduqda, qızdırma pikləri olduqda dərhal ailə həkimləri ilə əlaqə saxlanılmalı, yaxud tibb müəssisəsində stasionar şəkildə müalicə aparılmalıdır. Ağırlaşma halları həm uşaqlar, həm də böyüklər arasında müşahidə oluna bilər. Risk qrupuna adətən 5 yaşdan aşağı uşaqlar və 20 yaşdan yuxarı şəxslər aiddir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar