Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası dekabrın ilk 3 günü üçün kosmik hava proqnozunu açıqlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub. M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.
Dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olacaq, günortadan etibarən 3-4 intervalına qədər azalacaq. Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


































