Xəbər lenti
İnsan ömrünü uzatmağın potensial yolu tapıldı

Viskonsin-Madison Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, amin turşusu izolösin qəbulunun azaldılması siçanların sağlamlığını yaxşılaşdırır və onların ömrünü uzadır.
Manevr.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Cell Metabolism" jurnalında dərc edilib.
Çox vaxt obez insanlar daha çox izolösin qəbul edirlər. Bu amin turşusu çox miqdarda yumurta, süd məhsulları, soya proteini və bir çox ət növlərində olur. Pəhrizdə onun miqdarının azaldılması bədən kütləsi indeksini azaltmağa, sağlamlığı yaxşılaşdırmağa və ömrü uzatmağa kömək edəcəkdir.
Yeni işdə elm adamları bir neçə qrup siçanları aşağı və yüksək amin turşusu pəhrizlərinə məruz qoyub. Aşağı izolösinli pəhrizdə olan siçanlar daha uzun yaşayıb və xərçəng riskinin azaldılması da daxil olmaqla daha yaxşı sağlamlıqlara malik olublar.
Alimlərin fikrincə, oxşar nəticələr insanlarda da əldə edilə bilər, lakin amin turşusunu pəhrizdən tamamilə xaric etməməlisiniz - bu, əks təsirə səbəb ola bilər: əvvəlcə itirmək, sonra isə kəskin şəkildə çəki qazanmaq və sağlamlıq göstəricilərinin pisləşməsi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar