Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kompüter tomoqrafiyası xərçəng riskini artırır

Tarix: 10-11-2023 20:04     Baxış: 3489 A- / A+
Kompüter tomoqrafiyası  xərçəng riskini artırır
Mütəxəssislər kompüter tomoqrafiyasının xərçəng riskini artırdığını bildirib. 
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticəyə gəlmək üçün bir milyona yaxın xəstənin məlumatları təhlil edilib. 
Tədqiqat “Nature Medicine” jurnalında dərc olunub .
Barselona Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) həkimləri 276 xəstəxanadan bir milyona yaxın xəstənin məlumatlarından istifadə ediblər. Yaşı 22-dən az olan xəstələrin hamısını ən azı bir dəfə rentgen əsaslı kompüter tomoqrafiyası (KT) prosedurundan keçiriblər. Hər bir xəstə üçün elm adamları qan hüceyrələrinin istehsal olunduğu sümük iliyinə çatdırılan radiasiya dozasını hesablayıblar.
100 mGy doza qan xərçənginin inkişaf riskini təxminən 3 dəfə artırıb. Bu, standart skanların (təxminən 8 mGy orta doza ilə) bədxassəli şişlərin inkişaf riskini təxminən 16% artırması anlamına gələ bilər.
Kompüter tomoqrafiyası keçirən hər 10.000 gənc üçün skrininqdən sonra 12 il ərzində bir-iki xərçəng hadisəsi ilə qarşılaşa bilərik. 
Toxumanın təsviri üçün KT-nin üstünlükləri bu proseduru son onilliklərdə geniş şəkildə istifadə etməyə imkan verir. Son illərdə istifadə olunan radiasiya dozaları əhəmiyyətli dərəcədə azalsa da, yeni tədqiqatın nəticələri xüsusilə, gənc xəstələr üçün ciddi radiasiyadan qorunma tədbirlərinə ehtiyac olduğunu göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar