Manevr.az xəbər verir ki, yeni araşdırma sübut edib ki, elə ata-babalarımız doğru çayı içirmişlər.
Onlar bir neçə çay nümunələrini 2000 nəfər çinli üzərində sınayıblar. Onların sağlamlıq göstəriciləri, qanda şəkəri müntəzəm ölçülüb.
Çində daha çox yaşıl çay sevirlər. Amma eksperimentdə qara çay içənlərdə effekt 3 dəfə çox olub.
Tədqiqatın nəticələri göstərdi ki:
- Yaşıl çay preddiabet, yəni şəkər öncəsi riski 39, qara çay isə 57% azaldır.
- Yaşıl çay qlükozanın sidiklə çıxarılmasını 0,11 mmol artırır, qara çay 0,16 mmol.
- Yaşıl insulinə həssaslığı 0,23 vahid artırır, qara 31.
Əsas maraqlı məqam odur ki, necə olur çay qanda qlükozanı azaldır. Çay qlükozanı böyrəklər vasitəsilə qovub çıxarır.
Bu şəkər dərmanlarının təsiri ilə eynidir.
Çayın diabet xəstələri üçün digər faydası iltihabı azaltmasıdır. Bu içkidə olan antioksidantlar xroniki sistem iltihabına qarşıdır.“Medicina”