Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda koronavirusa qarşı bir vaksinin istifadəsi dayandırıldı

Tarix: 27-10-2023 11:10     Baxış: 3308 A- / A+

Bir müddət öncə "Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştamlarından qorumadığını bildirib. Onun sözlərinə görə, "Sputnik V”nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştamların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq, həmçinin əlavə edib ki, bu gün "Sputnik V” vaksini, ümumiyyətlə, COVİD-19-dan qorumur.

Bəs hazırda Azərbaycanda "Sputnik V” peyvəndindən istifadə edilir?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Trend”in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda "Sputnik V” peyvəndindən istifadə olunmur.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Xatırladaq ki, Azərbaycanda Çinin "SINOVAC”, İngiltərənin "AstraZeneca/Vaxzevria”, Almaniyanın "Biontech/Pfizer” və Rusiyanın "Sputnik V” vaksinləri tətbiq olunurdu.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar