Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiq düşdükdə nə etməli? - İLK YARDIM

Tarix: 22-10-2023 10:04     Baxış: 4394 A- / A+
Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur.
 
Rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb.
 
Mütəxəssisin fikrincə, hipotoniya huşunu itirmə, sürətli nəbz və tənəffüs, mavi rəngə malik soyuq dəri ilə müşayiət oluna bilər.

Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüqi vəziyyətdə qoymaq və ayaqlarını qaldırmaq lazımdır. Bundan başqa, təmiz hava axınını təmin etmək və təcili yardım çağırmaq gərəkdir.
 
Mütəxəssis bu xəstələrə daha çox duz və maye qəbul etmək, şaquli vəziyyətə kəskin keçiddən qaçmaq, istidə uzun müddət qalmamağı tövsiyə edib.
"Təzyiqiniz aşağı düşübsə, iki stəkan su içmək, ayaqlarınızı qaldırıb uzanmaq, duzlu bir şey yemək və ya tərkibində kofein olan içki - çay, qəhvə və ya kola içmək lazımdır", - deyə Txorikova yekunlaşdırıb.
 
Həkim bildirib ki, qan təzyiqini nəzarət altında saxlamaq lazımdır.(oxu.az)

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar