Xəbər lenti
Bu əlamətlər psixoloji problemlərinizin olduğunu göstərir
Sağlam qidalanma son illərdə xeyli populyar olsa da, çoxumuz fəstfudlardan tamamilə imtina etməyə hazır deyilik. Bu qidalar yalnız dadı ilə fərqlənmir, həm də bədəndə dopamin istehsalını təşviq edərək xoşbəxtlik hissini artırır. Təəssüf ki, bu qidaların sui-istifadəsi xoşagəlməz hallarla nəticələnir və özlüyündə sağlamlıq problemlərinin əlaməti də ola bilər.
Manevr.az xəbər verir ki, psixoloq və geştalt-terapevt Mariya Kvartalnova qarşısıalınmaz şirniyyat və yağlı yemək istəyinin səbəblərindən söz açıb. O, bildirib ki, bu istəyinin artmasının arxasında psixoloji xəstəliklər dayanır. "Подмосковье сегодня" onlayn nəşrinə verdiyi müsahibədə ekspert əlavə edib ki, yağlı və şirin yeməklərə can atmaq qarşılanmayan ehtiyacları göstərə bilər.
"Ağır qidalar toxluq və sakitlik hissi verir, şirniyyatlar isə sevinc və təhlükəsizlik vəziyyəti yaradır, narahatlığı boğur. Lakin bu cür qidaların təsiri uzun sürmür. Yağlı və şirin qidaların orqanizmə vurduğu zərər insanı tez bir zamanda əsəbi və depressiya vəziyyətinə qaytarır. Emosional aclığı yeməklə boğmaq olmaz, odur ki, həddən artıq şirniyyat ehtiyacı yarandıqda yaxşı-yaxşı düşünün. Duyğuları müşahidə bədənin həqiqi ehtiyacını müəyyən etməyə kömək edəcək.
Özünüzü problemlərdən uzaqlaşmaq istəyi müxtəlif yaşam vəziyyətlərində yarana bilər. Məsələn, özünü kifayət qədər ifadə edə və inkişaf etdirə bilməmək, həmçinin sevgi və diqqət yetərsizliyindən qaynaqlanır. Çox vaxt insan qeyri-sağlam qidalandığının fərqində olsa da, bununla mübarizə aparmağa hazır olmur.
Yuxarıda göstərilənlərə əlavə olaraq deməliyəm ki, bu problemin yaranma səbəblərindən biri də mikroelementlərin çatışmazlığı və ya fizioloji xarakterli problemləri ilə bağlıdır. Zərərli yeməklərlə bağlı hər hansı bir çətinlik varsa, bir terapevt və endokrinoloqla da məsləhətləşməlisiniz", - mütəxəssis yekunda vurğulayıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar