Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlətə 50 minə yaxın borcu olan klinika 5 min manat cərimələnə bilər

Tarix: 03-10-2023 21:26     Baxış: 4365 A- / A+

"Atlas Medical Center" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumlarin ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Manevr.az
-ın qaynarinfo-ya istinadən məlumatına görə, xəstəxana barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə (İcbari sığorta müqaviləsinin bağlanmaması) irəli sürülüb.

469.2-ci maddədə göstərilir ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1 500 manat, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılır. İddia hakim Xalidə Əlisoy sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Atlas Tibb Mərkəzi" adı altında fəliyyət göstərən MMC-nin qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 48881.49 manat vergi borcu yaranıb.

 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar