"Omikron"un yeni subvariantı olan "pirola" koronavirus ştammına görə risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq və epidemioloq Mixail Kostinov deyib.
"Hansı təbiətdə olmasından - sinir sistemi, ürək-damar sistemi, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, metabolik xəstəliklər, şəkərli diabet və s. asılı olmayaraq bunlar risk qrupudur", - deyə mütəxəssis vurğulayıb.
İmmunoloq 60 yaşdan yuxarı insanların risk qrupuna daxil olduğunu bildirib.
"Vaksinasiya üçün prioritet qrup onlardır və ilk növbədə onlara peyvənd edilməlidir", - deyə həkim izah edib.
O, vaksinasiyada yaşlılardan sonra tibb işçilərinin prioritetdə olduğunu bildirib:
"Çünki onlar pasiyentlərlə işləyirlər", - deyə Kostinov vurğulayıb.
Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni ştammı "Pirola" getdikcə daha çox ölkədə aşkarlanır. Yeni ştammın Azərbaycanda da yayılacağı ilə bağlı fikirlər irəli sürülür.
Virusun əlamətləri temperatur, boğaz ağrısı, yüksək dərəcədə halsızlıq, burun axıntısı, əzələ ağrılarıdır.
Xəbər lenti
Koronavirusun yeni ştammı kimlər üçün təhlükəlidir?

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar