Xəbər lenti
Sümükləri əridən xəstəlik
Bəzən sümüklərdə səbəbi məlum olmayan daxili sınıqlar əmələ gəlir. İnsanlar belə sınıqlara çox da önəm vermirlər. Elə düşünürlər ki, bu, soyuqdəymənin əlamətidir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazlıq pozularsa, osteoporoz xəstəliyi yaranar. 30 yaşından sonra isə sümüklər öz çəkisini itirməyə başlayır.
Manevr.az xəbər verir ki, osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar əmələ gəlir. Bu sınıqlar əsasən mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Xəstəliyin ilk iki-üç ayında sümüklər öz çəkisini 4 faiz itirir.
Az hərəkətlilik, kalsium və D vitamini çatışmazlığı, stress, vaxtlı-vaxtında qidalanmamaq osteoporoz əlamətlərinin erkən başlamasına səbəb olur. Əgər insanda kürək ağrıları, boyun artmaması, donqarlaşma halları baş verirsə, demək o osteoporozun əsiridir.
Dəhşətli fəsadlar:
Osteoporoz xəstəlik kimi çox da qorxulu deyil. Amma onun törətdiyi fəsadlar daha dəhşətlidir. Bud sümüyünün sınıqlığı çox vaxt əlilliyə gətirib çıxarır. Osteoporoz zamanı orqanizmdə funksiya pozğunluğu baş verir. Bu halda olan hər beşinci xəstə dünyasını dəyişir. Xəstəliyin başlamasından 6 ay sonra qan dövranı pozulur, damarlarda tromb əmələ gəlir, orqanizmin müqaviməti azalır və infeksion xəstəliklər başlayır. Belə xəstələr müalicəsiz qaldıqda yataq rejiminə düçar olurlar.
Əlinə düşən dərmanı qəbul etmə:
Osteoporozu müalicəsiz qoymaq olmaz və onun ağrılarını dərmanlarla aradan qaldırmaq təhlükəlidir. Müalicənin əsas hissəsi sümüyün qırılmasının, burada gedən dağılma prosesinin qarşısını alan dərmanlar qəbul etməkdən ibarətdir. İlk növbədə həkimə müraciət etməli və sümük möhkəmlədən dərmanlar içilməlidir.
Xəstəlikdən qorunmaq üçün doğru qidalanma, süd və süd məhsulları, brokkoli və ispanaq, digər tünd yaşıl rəngli yarpaqları olan tərəvəzlər, yağlı balıq yemək risqi azaldır. Tez-tez idman etmək məsləhətdir. Gündə bir dəstə cəfəri yemək orqanizmi kalsiumla, fosfor və kükürdlə təmin edir. Bu da osteoporoz riskini azaldacaq ən yaxşı vasitələrdəndir. Oturaq işdə çalışanlar tez-tez gəzintiyə çıxmalıdırlar. Yay mövsümündə bolluca günəş vannası qəbul etmək lazımdır.axşam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar