Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

General Ermənistanla sərhəddə - ŞƏKİLLƏR

Tarix: 14-12-2021 17:10     Baxış: 4293 A- / A+

Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.
Manevr.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən ölkə.az-a bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə Xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıl­masının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilən ərazilərdə DSX-nin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğu­lan­ıb.
Çıxışda hər bir Azərbaycan sərhədçisi üçün azad olunan müqəddəs sərhədlərimizdə xidmət etməyin böyük şərəf və qürur mənbəyi olması qeyd edilib, şəxsi heyətin gələcək xidməti-döyüş fəaliyyətində uğurlar arzulan­ıb.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olub. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazan­xana komp­leksi, silah və təminat anbarları vardır. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib. Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar əkilib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar