Xəbər lenti 
					
 
		Rus sülhməramlılar Dağlıq Qarabağda həmişəlik qalacaq? - Səfirin cavabı

Rusiya sülhməramlıları Dağlıq Qarabağda insanların təhlükəsizlik hissi ilə yaşamasının təmin edilməsinə mühüm töhfədir.
Sputink.am xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirilən "Yeni nəsil” proqramının məzunlarının yubiley görüşündən sonra jurnalistlərə deyib.
Məsələ ondadır ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları Qarabağa 5 illik yerləşdirilib. Lakin bu yaxınlarda qondarma Dağlıq Qarabağın "dövlət naziri” Artak Beqlaryan Rusiya kontingentinin orada qeyri-müəyyən müddətə iştirakının zəruri olduğunu bildirib.
"Razılaşmalar və bizim sülhməramlı kontingentimizin fəaliyyəti var ki, bu da həqiqətən insanların bu regionda təhlükəsizlik hissi və gələcəyə ümidlə yaşamasını təmin etməyə mühüm töhfə verir. Bu, həqiqətən də bu çətin vəziyyətdə pozitivlik, ciddi və vacib sülh amilidir”, - diplomat bildirib.
Tərəflərin gələcək fəaliyyəti və sülhməramlıların qeyri-müəyyən iştirakının mümkünlüyü barədə danışaraq səfir qeyd edib: "Bunu həyat göstərəcək”.
2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya, Ermənistan dövlət başçıları Qarabağda atəşkəslə bağlı birgə bəyanat qəbul ediblər. Atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün Qarabağ münaqişəsi zonasına 1960 nəfərlik hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.qaynarinfo
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















