Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağa yaşamağa qayıdacaq sakinlər üçün MÜHÜM XƏBƏR - VİDEO

Tarix: 06-12-2021 09:29     Baxış: 3270 A- / A+

İşğaldan azad olunmuş ərazilərimizə qayıdacaq sakinlərin məşğulluğu diqqətdə saxlanılacaq. Artıq bununla bağlı ilk layihənin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərdə iştirak ediblər. 30-a yaxın kənd sakini növbəti mərhələdə müxtəlif avadanlıqlarla təmin olunacaqlar.
Manevr.az xəbər verir ki, işğaldan azad olunan ərazilərə qayıdış zamanı sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı yeni layihənin icrası yekunlaşır.
Layihə çərçivəsində Zəngilan rayonunun ağalı kənd sakinləri təlimlərə cəlb olunublar. Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib. Dövlət Məşğulluq Agentliyinin department rəhbəri Hacı Əliyev "Xəzər Xəbər"ə bildirib ki, doğma yurdlarına qayıdacaq sakinlərin bir qismi üçün kiçik təsərrüfatlar yaradılacaq.
Departament rəhbəri qeyd edib ki, belə layihələr bundan sonra da davam etdiriləcək. Özünüməşğulluq proqramı 10-dan çox fərqli istiqamətləri əhatə edəcək.
Hacı Əliyev əlavə edib ki, təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar