Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan yenidən gücünü işə salmalıdır, başqa yolu yoxdur - Abdullah Ağar

Tarix: 03-12-2021 19:08     Baxış: 3190 A- / A+


"Ermənistan qərarsız bir ölkədir".
Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, Azərbaycan Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün gücünü göstərməlidir:
"44 günlük müharibədən Ermənistanın çox ağır yaraları var, və digər bir yandan da çox böyük güvənsizlik yaradan addımlar atmaqla məşğuldur. İmza atdığı üçtərəfli bəyanatlarla davranışları bir-birindən çox fərqlənir. Bütün bunların hamısı başa düşülə biləcək məsələlərdir, yəni hamısı olması mümkün proseslərdir. Onsuz da Azərbaycan da bu gerçəyi bildiyi üçün qarşıdakı dövrü öz gücünə arxalanaraq həll etmək mərhələsindədir. Azərbaycan bir yolla Ermənistanı diqtə etdiyi kimi davranmağa vadar etməyə doğru gedir. 
Rəsmi Bakı güc amilləri hesab edilən vasitələrdən yararlanaraq, diplomatik kanallardan istifadə edərək, Ermənistanın çarəsizliyini hər kəsə göstərərək və açığı Ermənistanın oynadığı oyunları bilərək və qabaqlayıcı tədbirlər görərək, hansı güclərə arxalandığını, kimləri prosesə qoşmağa çalışdığını bilərək öz oyununu qurmaq, eləcə də Ermənistana öz oyununu qəbul etdirmək məcburiyyətindədir. Yoxsa Ermənistan öz iradəsi ilə və ya onu istiqamətləndirən güclərin ümidinə qaldığı təqdirdə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınacaq, Azərbaycanın istədiyi kimi hərəkət etməyəcəkdir. Bu, həqiqətdir!".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar