Xəbər lenti 
					
 
		Azad edilən ərazilərdə minaya düşən mülki şəxslərin sayı açıqlandı - RƏSMİ

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.Bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.
Son günlər mina hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.
Mina hadisələri kontekstində Ermənistanın "mina xəritələri”ni hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















