Xəbər lenti
“Sinəmdəki dağlardan dağlar xəbərsizdimi” - Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu
MƏNİM ZƏNGƏZURUM
Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları yaralanıbdır.
Namərdin xəyanət qayçısı ilə
Mənim Zəngəzurum paralanıbdır…
Tikanlar boy atıb, çiçəklər solub,
Qartallar yurdunu qarğa, sar alıb.
Kolların dibində gül şehlə dolub,
Yolların gözünün kökü saralıb…
Bir vaxt Zəngəzurun kefi çağ idi,
Gör kimə inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi...
Nə qədər dogma kənd döndü yad elə. –
Çayların, göllərin gözləri doldu…
Düşüdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu…
Oldu başımıza dünya niyə dar?-
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur…
Üzü də qaradır əhdi qaranın,
Üstümə ağrılarlar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir…
Dönüb sahibinə Topağac, Səngər, –
Zəngilan, Kəlbəcər qeyrət hasrı…
Özgə kölgəsində yatan köpəklər
Hürür Qubadlıya, Laçına sarı…
Namərd xəyallara saplanıb xəncər,
Düşmənlər bükülüb, yumağa dönüb.
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Çəbrayl bir dəmir yumruğa dönüb.
Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana zaman qol çəkir. –
Şərqi Zəngəzurun gözləri aydın,
Qərbi Zəngəzurun gözü yol çəkir…
11.07.2021
QALIB
Mənim uşaqlığım, mənim saflığım
Qısraq bulağının suyunda qalıb.
Qaynar cavanlığım, gücüm, qüvvətim
Həkəri, Bərgüşad çayında qalb.
Dilimin ucunda əsir sözlərim,
Kül alta işarır qaynar közlərim,
Heyrətlə açılan qara gözlərim
Uca palıdların boyunda qalıb...
Kim idi qarğıyan bizim ellləri?
Kükrədi zamanın qorxunc selləri...
Atalı, analı xoşbəxt illərim
Ömrümün cavanlıq tayında qalıb.
Yad nəfəs dəyməyən yuva gəzirəm,
İllərdi başımda hava gəzirəm,
Sağalmaz dərdimə dəva gəzirəm,
Dərmanım taleyin payında qalıb.
Köhnə döşəyinin çıxıb mitili,
Bu həyat yolları deyil ütülü,
Meşələr yandıqca canı ütülür,
Dünya öz başının hayında qalıb...
Var etmək mümkünmü təzədən yoxu?
Nələr çəkdiyimi gözümdən oxu!
Ömür yollarımın sonuncu oxu
Zamanın dartılan yayında qalıb...
03.09.2021
ZƏFƏR BAYRAĞINA DÖNÜB LALƏLƏR
Yurdu azad edib müzəffər ordu,
Qələbə arzusu dönüb gerçəyə.
Bu il yaz tələsir, xaraba yurdu
Bələmək istəyir gülə, çiçəyə...
İçimə od salır qızıl lalələr,
Yerin də köksündə həsrət közərmiş...
Şehlə silələnib nur piyalələr,
İlahi, bu yerlər necə gözəlmiş...
Nisgil var bu sevgi macərasında,
Az qalır ayrıla huşum başımdan.
Yox imiş dünyanın heç harasında
Mənim torpağımdan, mənim daşımdan...
Yaxşı ki, xalqımın başı üstündən
Əskik olmayıbmış Tanrı nəzəri...
Çiçəyi boylanır daşı üstündən, –
İlahi, bu yurdun yoxmuş bənzəri...
Gördük yurd yazını ömrün qışında,
Səbrli olanlar murada çatır,
Ancaq ulu yurdun hər qarışında
Təhlükə uyuyur, qan-qada yatır...
Ev qədri bilərmi səfil olanlar? –
Xəyalən tikilən saraylar uçub...
Yurdumdan qovulan əfi ilanlar
Mina yumurtalar basdırıb, qaçıb...
Düşmənlər düşməyib qisas atından,
Bizi izləyən var durub qıraqda.
Təhlükə boylanır yerin altından,
Mürgülü minalar durub marıqda...
Ancaq işə keçmir hərzə-mərzələr,
Daha kül üfürə bilmirlər gözə.
Qıvrıla-qıvrıla qalan gürzələr
İndi dil çıxardıb yalmanır bizə...
Gülür çəmənimiz, gülür çölümüz,
Min lənət yağının zati-pakına.
Hələ göz görürsə də, çatmır əlimiz,
Qovuşa bilmirik doğma məkana...
Yığmışıq yağının əl-ayağını,
Çarəmi tapılar sağalmaz dərdə?
Arzusu gözündə qalan yağının,
İzi qalmayacaq bu doğma yerdə...
Quş quşu səsləyir, böcək böcəyi,
Ətirli küləklər dərdə məlhəmdi,
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Bülbülün nəğməsi ayrı aləmdi...
Qəlbi qovrulursa həsrət közündə
Bir igid qisası qoşundan alır.
Yaz bir tablo çəkib Yazı düzündə
Görənin huşunu başından alır.
Gədiklər, yamaclar bələnib zərə,
Çiçəklı dağların köksü qabarmış...
Alın yazımızda bu doğma yerə
Yenidən qayıtmaq qisməti varmış...
Doğma Qubadlıda, doğma Laçında,
Ümid çırağına dönüb lalələr.
İndi Qarabağın hər yamacında
Zəfər bayrağına dönüb lalələr...
18.04.2021
TƏNHA PALID
Mən Çardaxlı yamacında
Tənha qalan bir palıdam.
Durub baxıram yollara,
Gözlərim dönüb buluda...
Düz otuz il bundan əvvəl
Əkilmişdim bu yamaca.
Bir şivərək pöhrə idim,
İndi yekə bir ağacam...
Bu yerdə palıd nə gəzir
Mən görkəmdə, mən biçimdə?
Böyüdükcə, boy atdıqca
Həsrət böyüyüb içimdə...
Elə mən də yaşlanmışam,
Gövdəm olub çopur-çopur...
Doğmalar yadıma düşcək,
İçimdə fırtına qopur...
Otuz ildi gözləyirəm,
Ümidim ölməyib hələ.
Yollara dikilib gözüm,
Kaş dostum qayıdıb gələ...
Bilmirəm əziz adamlar
Hə üçün yurddan gen düşüb?
Yəqin məni əkən gəncin
İndi saçına dən düşüb...
O, indi qoca olsa da,
Əlinə alsa da əsa,
Mənim uca budağımdan
Kaş dönüb yelləncək asa...
Hey təkan vurub sicimə
Yenə uşaq tək yellənə...
Onun nəmli gözlərindən
Dibimə həsrət sellənə...
Duyarıq bir-birimizi
Üz-üzə dursaq ikimiz.
Səssiz-sözsüz dərdləşərik,
Azalar həsrət yükümüz...
Hər yarpağım yelpik olar
Duysam onun nəfəsini.
Biz çıxarıq yavaş-yavaş
Ayrılığın əvəzini...
22.08.2021
QUBADLIM
Qubadlım, sənsizliyə dözməyib
dünyalarını dəyişdilər
sənin doğmaların, ciyərparaların...
Ölümün pəncəsindən qurtulsan da,
sağalmayıb hələ sənin yaraların...
İllərdən bəridi ki,
ilan-çayan yuvasına dönmüsən,
Minalar qurd-quş kimi darışıb canına...
Reanimasiyada yatan xəstə kimisən, –
Həsrətini çəkən doğmalarını da
buraxmırlar yanına...
31.08.2021
SƏNİN AYRILIĞININ ÖMRÜ HƏR GÜN UZANIR
Doğma yurd, neçə ildir yuxu getmir gözümə,
Hicran məşəqqətinin hər üzünə bələdəm.
Yanına gedən yollar açılmayıb üzümə,
Bir ildi sən azadsan, mən dustağam hələ də...
Xəbərim yox Yazıdan, Çayzəmidən, Gəyəndən,
Oyatmır yatanları “Heyratı”lar, “Cəngi”lər.
Sənin ayrılığında bir ömür xərcləyəndən
Xərclik umur yolunu kəsən Ərəbzəngilər...
Leysanla da yuyulmaz içimdəki bu kədər,
İldırım şaqqıldasın, bəs hanı dəli gürşad?
Həkəri nigarandı, Ağa çayı mükəddər,
Doğma adamlar üçün qəribsəyib Bərgüşad...
Həsrət yaxır qəlbimi, başımı duman alıb,
Haqqın dili tutulub, danışa, dinə bilmir...
Uçuq ata evimin gözü yollarda qalıb,
Çat-çat oğul ürəyi məlhəmə dönə bilmir.
Doğma yurd, məskəniydin bir zaman ərənlərin,
Soyuyub babaların əliylə yanan ocaq.
Azadlıq xəbərinə canını verənlərin
Qismətində yox imiş qoynunda dəfn olunmaq.
Yollar hələ bağlıdır, işim düşüb çətinə,
Ayrılıq zəqqum qatır xəyyalların balına.
Bir kimsə gedə bilmir qəbir ziyarətinə,
Ölülər ağlayırlar dirilərin halına...
Səndən ayrılan cavan olub bir kövrək qoca,
Kim geri qaytaracaq həyatımın yazını?
Tüstü çıxır təpəmdən, öz ömrüm qısaldıqca
Sənin ayrılığının ömrü hər gün uzanır...
Doğma yurd, neçə ildir yuxu getmir gözümə,
Hicran məşəqqətinin hər üzünə bələdəm.
Yanına gedən yollar açılmayıb üzümə,
Bir ildi sən azadsan, mən dustağam hələ də...
25.09.2021
YUXU VƏ AÇAR
Bu gecə yuxumda atamı gördüm,
Mənə ən gərəkli adamı gördüm...
Nəsə soruşurdu, mənsə kiridim,
Zamanın bəndini yara bilmədim.
Bir top açar verdi, ancaq kilidin
Harda olduğunu sora bilmədim.
Doğmalar içində dönmüşəm yada,
Dünyanın işindən qafil gəzirəm...
Düşmüşəm yollara payi-piyada,
Açar əlimdədi, qıfıl gəzirəm...
Həsrət qarışqaya döndərir divi,
Nigaran bir ruh var izləyir məni.
Qapısı olmayan atamın evi
Nə vaxtdır yolumu gözləyir mənim...
Sərgərdan qalmışdım həsrət dağında –
Ayıldım yuxudan, yox idi atam...
Yatır övladları fil qulağında,
Qırx səkkiz ildi ki, yuxudu atam...
29.09.2021
ULU YURD
Vaxtında yetə bilmədik harayına, imdadına,
Ulu yurd, bağışla məni, yanında dilim gödəkdi...
Yanıb ayrılıq oduna, baxdıq həsrətin dadına,
Heç bilirsən sənsiz qalan övladların nələr çəkdi? –
Hamımızı aldatdılar, bizi saldılar duzağa,
Xəyanət görən başını bulaya-bulaya qalar.
Ulu yurddan ayrı düşən dönər tənha yalquzağa,
Gecə-gündüz nalə çəkər, ulaya-ulaya qalar...
Üzümüzə üz bağlayıb yenə yanına gəlirik,
Ay Allah, necə titrəyir, ayaqlar sözümə baxmır...
Qəlbimizə dağ çəkilib, gündə yüz dəfə ölürük,
Ya unudub, ya da küsüb, evimiz üzümə baxmır...
Burda keçirdiyim illər, aylar mənə biganədi,
Çaylaqda təzə ağaclar düzülüb səfə, – görürəm.
Çimdiyim, balıq tutduğum çaylar mənə biganədi,
Elə mən də Bərgüşadı sanki ilk dəfə görürəm...
Açılır gözüm önündə qəlb göynədən mənzərələr,
Xatirələr işığında nələr, nələr düşür yada?!
Elə bil ki, ögeyləşib bu doğma dağlar, dərələr,
Elə bil ki, bu yerlərə mən də ögey, mən də yadam...
Kol-kos basan həyətlərə durub həsrətlə baxıram,
Ay aman, məni tanımır doğma torpağım, daşım da.
Ötənləri, keçənləri yada salmağa qorxuram,
Xatirələr minalanıb elə bil ki, yaddaşımda....
Atamın nigaran ruhu bizi yamanca qınadı,
Yəqin sınaq günlərində tanıyib xalisi, qəlpi...
Nə mən yurdumu tanıdım, nə yurdum məni tanıdı, –
Onun özü viranədi, mənim çat-çat olan qəlbim...
15-16.10.2021
QUBADLIYA YAĞIŞ YAĞIR
Bədənimə sanki düşüb vicvicə
Gözüm dağda çəni görüb kövrəlib.
Qubadlıya yağış yağır gör necə! –
Sanki yurdum məni görüb kövrəlib,
Saçımdakı dəni görüb kövrəlib...
Bir gözəllik sərgisi var qarşımda,
Dağ öpəcək bizi dartıb elə bil.
Qaçqınların gözlərinin yaşından
Bərgüşadın suyu artıb elə bil...
Solmuş gülə həyat verir baxışım,
Payız ömrüm sanki dönüb yaz olıb.
İçimdəki otuz ilin yağışı
Buludların kirpiyindən asılıb...
Çox şükür ki, vüsal düşdü payıma,
Həyəcandan məcnun köksüm qabarır.
Qubadlıya yağış yağır, ay aman,
Sellər məni keçmişimə aparır...
Öz yurduna qovuşanın qəmi yox,
Narahatam, bəlkə bu da yuxudur?!
Məni yerdə basdırılan mərmi yox,
Minalanmış xatirələr qorxudur...
Bu yerlərin payızını, qışını
Xatırlayıb bulud kimi dolmuşam.
Hücum çəkir xatirələr qoşunu,
Qarşısında əliyalın qalmışam...
Görən nədir bizdən göyün tələbi?
Nələr deyir ildırımın çaxışı?
Ruhlar dönüb pərvanəyə elə bil
Sevincimin işığına axışır...
Bədənimə sanki düşüb vicvicə
Gözüm dağda çəni görüb kövrəlib.
Qubadlıya yağış yağır gör necə! –
Sanki yurdum məni görüb kövrəlib,
Saçımdakı dəni görüb kövrəlib...
21.10.2021
QƏM HEYKƏLİ
Hava qarsır üzümü, nə olub mən fağıra?
Hər yan həsrət oduyla qızdırılıb elə bil.
Həyətimizə gedən kol-kos basmış cığıra
İllər də mina kimi basdırılb elə bil...
Bir zaman xoşbəxt idik, xatırladım o çağı.
Bomboş həyət-bacada yer tapmıram özümə...
Dili söz tutmur nəsə deyə ata ocağı
Dayanıb küskün-küskün baxır mənim üzümə...
Nələr, nələr söyləmir mənə qəmli baxşılar?
Üz sürtmək istəyirəm torpağına, daşına.
Qara buludlar dolub, yağan narın yağışlar
Elə bil ki, züy tutur gözlərimin yaşına...
Köksümdə əsən ürək alovlanır, alışır,
Doluxsunmuş gözlərim olub qəm piyaləsi,
Uçuq-sökük divarlar elə bil ki, danışır, –
Ürəyimi titrədir onun dilsiz naləsi...
Bilmirəm heç neyləyim, pis gündəyəm, pis gündə –
Tənhalıq güc gələrmiş qocaman dağ kəlinə...
Dağılmış evimizin xərabəsi üstündə
İndi mən çevrilmişəm uca qəm heykəlinə...
25.10.2021. Qubadlı
***
Yurda dönürəm, göz yaşım
Gözümdən qabaqda gedir.
Ürəyim quş kimi uçur,
Özümdən qabaqda gedir...
25.10.2021
***
Xaraba qalan evimə
Hey baxıram maddım-maddım.
Keçmişimə can atıram
Qədəm-qədəm, addım-addım.
Uçmuş divarın dilində
Göynəyir bir dilsiz kəlmə:
-Qoyma ocağımız sönsün,
Amandır, yaxına gəlmə! –
Evimiz qayğıma qalır, –
Məni bu “şəfqət” öldürür.
Getsəm, mina öldürəcək,
Getməsəm, həsrət öldürür...
30.10.2021
DOĞMA YURDA QƏDƏM BASDIM BU SƏHƏR
Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!
Sanki həsrət məlhəmidir hava, su.
Qismət məni bir də bura göndərdi.
Ciyərimə doldu vətən havası,
Bəxtim məni bəxtəvərə döndərdi.
Necə tapım dədə-baba evini?
Dərd göyərib ürəyimin çatında.
Elə bil ki, gəlişimə sevinir,
Torpaq gülür ayağımın altında...
Abad yurdu gör qoyublar nə günə?
Qu söyləsən burda qulaq tutular...
Yağıların birə düşüb kürkünə,
Oğulları haraylayır atalar...
Doğmaları, əzizlər ara bir!
Dözə bilmir ürək həsrət közünə.
Gözümüzü gizləyirik arabir,
Utanırıq baxaq yurdun üzünə...
Bu evdən o evi seçə bilmədim,
Sanki tüstü qalxdı mənim başımdan.
Qubadlıda su da içə bilmədim,
O, su içdi gözlərimin yaşından...
Nə umursan qəlbi, ruhu sınıqdan?
Bəxş edən var belə gözəl günləri.
Ulu yurdum, çıxdın ağır sınaqdan,
Qarşıdadır hələ gözəl günlərin...
Göynərtini yumaq olmur yağışla,
Dözmək olmur nakamların ahına!
Ulu yurdum, qalanları bağışla,
Həsrətindən ölənlərin ruhuna!
Çətin kəsə bu intizar yağışı? –
Göyüm-göyüm göynəyirdi bu torpaq.
Qayıdanda ayağımdan yapışıb,
Sanki “getmə” söyləyirdi bu torpaq...
Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!
30.10.2021
***
Mən yeri gələndə
ildırım kimi şaqqıldayan,
yeri gələndə susanam.
Mən sənin kimi
robot deyiləm,
canlı insanam...
Sən özündən böyüklərin
əmrinə müntəzirsən.
Mən isə həmişə olmuşam
səmimi, kövrək, qəlbi yuxa.
Sən xaraba yurdda
gülümsəyə-gülümsəyə gəzirsən,
mən isə ürəyimdən
qara qanlar axa-axa...
Mən ağrılar
bal çəkməyi bacaran arıyam,
sən isə bənzəyirsən
leş üstündə vızıldayan çibinə.
Mən güvəndiyim adamın
qoluna girirəm,
Sən isə cibinə...
01.10.2021
***
Bu qədər ki, dərdə dözdüm,
Dağam, mənə adam demə!
Əsən yellərin dilində
Aham, mənə adam demə!
Yavaş-yavaş yanaşıram
Viran qalan evimizə –
Bu xərabə küçələrdə
Ruham, məni adam demə!...
19.11.2021
DAĞLAR XƏBƏRSİZDİMİ
Sirdaşım olan dağlar
Nə soruşdum, kiridi.
Necə açım onların
Dilindəki kilidi?!
Bilmirəm heç hə deyim,
Söz də sözümə baxmır.
Mən ona yad olmuşam,
Yurdum üzümə baxmır.
Çaxdı həsrət şimşəyi,
Qəfil yağış başladı.
Yuxudan aylmayıb
Dağlar hələ huşdadı...
Bilmirmi günahsızam,
Onlar məndən küsdümü?
Sinəmdəki dağlardan
Dağlar xəbərsizdimi?
19.11.2021
MƏNİM ZƏNGƏZURUM
Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları yaralanıbdır.
Namərdin xəyanət qayçısı ilə
Mənim Zəngəzurum paralanıbdır…
Tikanlar boy atıb, çiçəklər solub,
Qartallar yurdunu qarğa, sar alıb.
Kolların dibində gül şehlə dolub,
Yolların gözünün kökü saralıb…
Bir vaxt Zəngəzurun kefi çağ idi,
Gör kimə inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi...
Nə qədər dogma kənd döndü yad elə. –
Çayların, göllərin gözləri doldu…
Düşüdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu…
Oldu başımıza dünya niyə dar?-
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur…
Üzü də qaradır əhdi qaranın,
Üstümə ağrılarlar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir…
Dönüb sahibinə Topağac, Səngər, –
Zəngilan, Kəlbəcər qeyrət hasrı…
Özgə kölgəsində yatan köpəklər
Hürür Qubadlıya, Laçına sarı…
Namərd xəyallara saplanıb xəncər,
Düşmənlər bükülüb, yumağa dönüb.
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Çəbrayl bir dəmir yumruğa dönüb.
Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana zaman qol çəkir. –
Şərqi Zəngəzurun gözləri aydın,
Qərbi Zəngəzurun gözü yol çəkir…
11.07.2021
QALIB
Mənim uşaqlığım, mənim saflığım
Qısraq bulağının suyunda qalıb.
Qaynar cavanlığım, gücüm, qüvvətim
Həkəri, Bərgüşad çayında qalb.
Dilimin ucunda əsir sözlərim,
Kül alta işarır qaynar közlərim,
Heyrətlə açılan qara gözlərim
Uca palıdların boyunda qalıb...
Kim idi qarğıyan bizim ellləri?
Kükrədi zamanın qorxunc selləri...
Atalı, analı xoşbəxt illərim
Ömrümün cavanlıq tayında qalıb.
Yad nəfəs dəyməyən yuva gəzirəm,
İllərdi başımda hava gəzirəm,
Sağalmaz dərdimə dəva gəzirəm,
Dərmanım taleyin payında qalıb.
Köhnə döşəyinin çıxıb mitili,
Bu həyat yolları deyil ütülü,
Meşələr yandıqca canı ütülür,
Dünya öz başının hayında qalıb...
Var etmək mümkünmü təzədən yoxu?
Nələr çəkdiyimi gözümdən oxu!
Ömür yollarımın sonuncu oxu
Zamanın dartılan yayında qalıb...
03.09.2021
ZƏFƏR BAYRAĞINA DÖNÜB LALƏLƏR
Yurdu azad edib müzəffər ordu,
Qələbə arzusu dönüb gerçəyə.
Bu il yaz tələsir, xaraba yurdu
Bələmək istəyir gülə, çiçəyə...
İçimə od salır qızıl lalələr,
Yerin də köksündə həsrət közərmiş...
Şehlə silələnib nur piyalələr,
İlahi, bu yerlər necə gözəlmiş...
Nisgil var bu sevgi macərasında,
Az qalır ayrıla huşum başımdan.
Yox imiş dünyanın heç harasında
Mənim torpağımdan, mənim daşımdan...
Yaxşı ki, xalqımın başı üstündən
Əskik olmayıbmış Tanrı nəzəri...
Çiçəyi boylanır daşı üstündən, –
İlahi, bu yurdun yoxmuş bənzəri...
Gördük yurd yazını ömrün qışında,
Səbrli olanlar murada çatır,
Ancaq ulu yurdun hər qarışında
Təhlükə uyuyur, qan-qada yatır...
Ev qədri bilərmi səfil olanlar? –
Xəyalən tikilən saraylar uçub...
Yurdumdan qovulan əfi ilanlar
Mina yumurtalar basdırıb, qaçıb...
Düşmənlər düşməyib qisas atından,
Bizi izləyən var durub qıraqda.
Təhlükə boylanır yerin altından,
Mürgülü minalar durub marıqda...
Ancaq işə keçmir hərzə-mərzələr,
Daha kül üfürə bilmirlər gözə.
Qıvrıla-qıvrıla qalan gürzələr
İndi dil çıxardıb yalmanır bizə...
Gülür çəmənimiz, gülür çölümüz,
Min lənət yağının zati-pakına.
Hələ göz görürsə də, çatmır əlimiz,
Qovuşa bilmirik doğma məkana...
Yığmışıq yağının əl-ayağını,
Çarəmi tapılar sağalmaz dərdə?
Arzusu gözündə qalan yağının,
İzi qalmayacaq bu doğma yerdə...
Quş quşu səsləyir, böcək böcəyi,
Ətirli küləklər dərdə məlhəmdi,
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Bülbülün nəğməsi ayrı aləmdi...
Qəlbi qovrulursa həsrət közündə
Bir igid qisası qoşundan alır.
Yaz bir tablo çəkib Yazı düzündə
Görənin huşunu başından alır.
Gədiklər, yamaclar bələnib zərə,
Çiçəklı dağların köksü qabarmış...
Alın yazımızda bu doğma yerə
Yenidən qayıtmaq qisməti varmış...
Doğma Qubadlıda, doğma Laçında,
Ümid çırağına dönüb lalələr.
İndi Qarabağın hər yamacında
Zəfər bayrağına dönüb lalələr...
18.04.2021
TƏNHA PALID
Mən Çardaxlı yamacında
Tənha qalan bir palıdam.
Durub baxıram yollara,
Gözlərim dönüb buluda...
Düz otuz il bundan əvvəl
Əkilmişdim bu yamaca.
Bir şivərək pöhrə idim,
İndi yekə bir ağacam...
Bu yerdə palıd nə gəzir
Mən görkəmdə, mən biçimdə?
Böyüdükcə, boy atdıqca
Həsrət böyüyüb içimdə...
Elə mən də yaşlanmışam,
Gövdəm olub çopur-çopur...
Doğmalar yadıma düşcək,
İçimdə fırtına qopur...
Otuz ildi gözləyirəm,
Ümidim ölməyib hələ.
Yollara dikilib gözüm,
Kaş dostum qayıdıb gələ...
Bilmirəm əziz adamlar
Hə üçün yurddan gen düşüb?
Yəqin məni əkən gəncin
İndi saçına dən düşüb...
O, indi qoca olsa da,
Əlinə alsa da əsa,
Mənim uca budağımdan
Kaş dönüb yelləncək asa...
Hey təkan vurub sicimə
Yenə uşaq tək yellənə...
Onun nəmli gözlərindən
Dibimə həsrət sellənə...
Duyarıq bir-birimizi
Üz-üzə dursaq ikimiz.
Səssiz-sözsüz dərdləşərik,
Azalar həsrət yükümüz...
Hər yarpağım yelpik olar
Duysam onun nəfəsini.
Biz çıxarıq yavaş-yavaş
Ayrılığın əvəzini...
22.08.2021
QUBADLIM
Qubadlım, sənsizliyə dözməyib
dünyalarını dəyişdilər
sənin doğmaların, ciyərparaların...
Ölümün pəncəsindən qurtulsan da,
sağalmayıb hələ sənin yaraların...
İllərdən bəridi ki,
ilan-çayan yuvasına dönmüsən,
Minalar qurd-quş kimi darışıb canına...
Reanimasiyada yatan xəstə kimisən, –
Həsrətini çəkən doğmalarını da
buraxmırlar yanına...
31.08.2021
SƏNİN AYRILIĞININ ÖMRÜ HƏR GÜN UZANIR
Doğma yurd, neçə ildir yuxu getmir gözümə,
Hicran məşəqqətinin hər üzünə bələdəm.
Yanına gedən yollar açılmayıb üzümə,
Bir ildi sən azadsan, mən dustağam hələ də...
Xəbərim yox Yazıdan, Çayzəmidən, Gəyəndən,
Oyatmır yatanları “Heyratı”lar, “Cəngi”lər.
Sənin ayrılığında bir ömür xərcləyəndən
Xərclik umur yolunu kəsən Ərəbzəngilər...
Leysanla da yuyulmaz içimdəki bu kədər,
İldırım şaqqıldasın, bəs hanı dəli gürşad?
Həkəri nigarandı, Ağa çayı mükəddər,
Doğma adamlar üçün qəribsəyib Bərgüşad...
Həsrət yaxır qəlbimi, başımı duman alıb,
Haqqın dili tutulub, danışa, dinə bilmir...
Uçuq ata evimin gözü yollarda qalıb,
Çat-çat oğul ürəyi məlhəmə dönə bilmir.
Doğma yurd, məskəniydin bir zaman ərənlərin,
Soyuyub babaların əliylə yanan ocaq.
Azadlıq xəbərinə canını verənlərin
Qismətində yox imiş qoynunda dəfn olunmaq.
Yollar hələ bağlıdır, işim düşüb çətinə,
Ayrılıq zəqqum qatır xəyyalların balına.
Bir kimsə gedə bilmir qəbir ziyarətinə,
Ölülər ağlayırlar dirilərin halına...
Səndən ayrılan cavan olub bir kövrək qoca,
Kim geri qaytaracaq həyatımın yazını?
Tüstü çıxır təpəmdən, öz ömrüm qısaldıqca
Sənin ayrılığının ömrü hər gün uzanır...
Doğma yurd, neçə ildir yuxu getmir gözümə,
Hicran məşəqqətinin hər üzünə bələdəm.
Yanına gedən yollar açılmayıb üzümə,
Bir ildi sən azadsan, mən dustağam hələ də...
25.09.2021
YUXU VƏ AÇAR
Bu gecə yuxumda atamı gördüm,
Mənə ən gərəkli adamı gördüm...
Nəsə soruşurdu, mənsə kiridim,
Zamanın bəndini yara bilmədim.
Bir top açar verdi, ancaq kilidin
Harda olduğunu sora bilmədim.
Doğmalar içində dönmüşəm yada,
Dünyanın işindən qafil gəzirəm...
Düşmüşəm yollara payi-piyada,
Açar əlimdədi, qıfıl gəzirəm...
Həsrət qarışqaya döndərir divi,
Nigaran bir ruh var izləyir məni.
Qapısı olmayan atamın evi
Nə vaxtdır yolumu gözləyir mənim...
Sərgərdan qalmışdım həsrət dağında –
Ayıldım yuxudan, yox idi atam...
Yatır övladları fil qulağında,
Qırx səkkiz ildi ki, yuxudu atam...
29.09.2021
ULU YURD
Vaxtında yetə bilmədik harayına, imdadına,
Ulu yurd, bağışla məni, yanında dilim gödəkdi...
Yanıb ayrılıq oduna, baxdıq həsrətin dadına,
Heç bilirsən sənsiz qalan övladların nələr çəkdi? –
Hamımızı aldatdılar, bizi saldılar duzağa,
Xəyanət görən başını bulaya-bulaya qalar.
Ulu yurddan ayrı düşən dönər tənha yalquzağa,
Gecə-gündüz nalə çəkər, ulaya-ulaya qalar...
Üzümüzə üz bağlayıb yenə yanına gəlirik,
Ay Allah, necə titrəyir, ayaqlar sözümə baxmır...
Qəlbimizə dağ çəkilib, gündə yüz dəfə ölürük,
Ya unudub, ya da küsüb, evimiz üzümə baxmır...
Burda keçirdiyim illər, aylar mənə biganədi,
Çaylaqda təzə ağaclar düzülüb səfə, – görürəm.
Çimdiyim, balıq tutduğum çaylar mənə biganədi,
Elə mən də Bərgüşadı sanki ilk dəfə görürəm...
Açılır gözüm önündə qəlb göynədən mənzərələr,
Xatirələr işığında nələr, nələr düşür yada?!
Elə bil ki, ögeyləşib bu doğma dağlar, dərələr,
Elə bil ki, bu yerlərə mən də ögey, mən də yadam...
Kol-kos basan həyətlərə durub həsrətlə baxıram,
Ay aman, məni tanımır doğma torpağım, daşım da.
Ötənləri, keçənləri yada salmağa qorxuram,
Xatirələr minalanıb elə bil ki, yaddaşımda....
Atamın nigaran ruhu bizi yamanca qınadı,
Yəqin sınaq günlərində tanıyib xalisi, qəlpi...
Nə mən yurdumu tanıdım, nə yurdum məni tanıdı, –
Onun özü viranədi, mənim çat-çat olan qəlbim...
15-16.10.2021
QUBADLIYA YAĞIŞ YAĞIR
Bədənimə sanki düşüb vicvicə
Gözüm dağda çəni görüb kövrəlib.
Qubadlıya yağış yağır gör necə! –
Sanki yurdum məni görüb kövrəlib,
Saçımdakı dəni görüb kövrəlib...
Bir gözəllik sərgisi var qarşımda,
Dağ öpəcək bizi dartıb elə bil.
Qaçqınların gözlərinin yaşından
Bərgüşadın suyu artıb elə bil...
Solmuş gülə həyat verir baxışım,
Payız ömrüm sanki dönüb yaz olıb.
İçimdəki otuz ilin yağışı
Buludların kirpiyindən asılıb...
Çox şükür ki, vüsal düşdü payıma,
Həyəcandan məcnun köksüm qabarır.
Qubadlıya yağış yağır, ay aman,
Sellər məni keçmişimə aparır...
Öz yurduna qovuşanın qəmi yox,
Narahatam, bəlkə bu da yuxudur?!
Məni yerdə basdırılan mərmi yox,
Minalanmış xatirələr qorxudur...
Bu yerlərin payızını, qışını
Xatırlayıb bulud kimi dolmuşam.
Hücum çəkir xatirələr qoşunu,
Qarşısında əliyalın qalmışam...
Görən nədir bizdən göyün tələbi?
Nələr deyir ildırımın çaxışı?
Ruhlar dönüb pərvanəyə elə bil
Sevincimin işığına axışır...
Bədənimə sanki düşüb vicvicə
Gözüm dağda çəni görüb kövrəlib.
Qubadlıya yağış yağır gör necə! –
Sanki yurdum məni görüb kövrəlib,
Saçımdakı dəni görüb kövrəlib...
21.10.2021
QƏM HEYKƏLİ
Hava qarsır üzümü, nə olub mən fağıra?
Hər yan həsrət oduyla qızdırılıb elə bil.
Həyətimizə gedən kol-kos basmış cığıra
İllər də mina kimi basdırılb elə bil...
Bir zaman xoşbəxt idik, xatırladım o çağı.
Bomboş həyət-bacada yer tapmıram özümə...
Dili söz tutmur nəsə deyə ata ocağı
Dayanıb küskün-küskün baxır mənim üzümə...
Nələr, nələr söyləmir mənə qəmli baxşılar?
Üz sürtmək istəyirəm torpağına, daşına.
Qara buludlar dolub, yağan narın yağışlar
Elə bil ki, züy tutur gözlərimin yaşına...
Köksümdə əsən ürək alovlanır, alışır,
Doluxsunmuş gözlərim olub qəm piyaləsi,
Uçuq-sökük divarlar elə bil ki, danışır, –
Ürəyimi titrədir onun dilsiz naləsi...
Bilmirəm heç neyləyim, pis gündəyəm, pis gündə –
Tənhalıq güc gələrmiş qocaman dağ kəlinə...
Dağılmış evimizin xərabəsi üstündə
İndi mən çevrilmişəm uca qəm heykəlinə...
25.10.2021. Qubadlı
***
Yurda dönürəm, göz yaşım
Gözümdən qabaqda gedir.
Ürəyim quş kimi uçur,
Özümdən qabaqda gedir...
25.10.2021
***
Xaraba qalan evimə
Hey baxıram maddım-maddım.
Keçmişimə can atıram
Qədəm-qədəm, addım-addım.
Uçmuş divarın dilində
Göynəyir bir dilsiz kəlmə:
-Qoyma ocağımız sönsün,
Amandır, yaxına gəlmə! –
Evimiz qayğıma qalır, –
Məni bu “şəfqət” öldürür.
Getsəm, mina öldürəcək,
Getməsəm, həsrət öldürür...
30.10.2021
DOĞMA YURDA QƏDƏM BASDIM BU SƏHƏR
Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!
Sanki həsrət məlhəmidir hava, su.
Qismət məni bir də bura göndərdi.
Ciyərimə doldu vətən havası,
Bəxtim məni bəxtəvərə döndərdi.
Necə tapım dədə-baba evini?
Dərd göyərib ürəyimin çatında.
Elə bil ki, gəlişimə sevinir,
Torpaq gülür ayağımın altında...
Abad yurdu gör qoyublar nə günə?
Qu söyləsən burda qulaq tutular...
Yağıların birə düşüb kürkünə,
Oğulları haraylayır atalar...
Doğmaları, əzizlər ara bir!
Dözə bilmir ürək həsrət közünə.
Gözümüzü gizləyirik arabir,
Utanırıq baxaq yurdun üzünə...
Bu evdən o evi seçə bilmədim,
Sanki tüstü qalxdı mənim başımdan.
Qubadlıda su da içə bilmədim,
O, su içdi gözlərimin yaşından...
Nə umursan qəlbi, ruhu sınıqdan?
Bəxş edən var belə gözəl günləri.
Ulu yurdum, çıxdın ağır sınaqdan,
Qarşıdadır hələ gözəl günlərin...
Göynərtini yumaq olmur yağışla,
Dözmək olmur nakamların ahına!
Ulu yurdum, qalanları bağışla,
Həsrətindən ölənlərin ruhuna!
Çətin kəsə bu intizar yağışı? –
Göyüm-göyüm göynəyirdi bu torpaq.
Qayıdanda ayağımdan yapışıb,
Sanki “getmə” söyləyirdi bu torpaq...
Təşnə üçün bir udum su bəs edər,
Bu taleydən umacağım yox daha!
Doğma yurda qədəm basdım bu səhər,
Şükür bizi qovuşduran Allaha!
30.10.2021
***
Mən yeri gələndə
ildırım kimi şaqqıldayan,
yeri gələndə susanam.
Mən sənin kimi
robot deyiləm,
canlı insanam...
Sən özündən böyüklərin
əmrinə müntəzirsən.
Mən isə həmişə olmuşam
səmimi, kövrək, qəlbi yuxa.
Sən xaraba yurdda
gülümsəyə-gülümsəyə gəzirsən,
mən isə ürəyimdən
qara qanlar axa-axa...
Mən ağrılar
bal çəkməyi bacaran arıyam,
sən isə bənzəyirsən
leş üstündə vızıldayan çibinə.
Mən güvəndiyim adamın
qoluna girirəm,
Sən isə cibinə...
01.10.2021
***
Bu qədər ki, dərdə dözdüm,
Dağam, mənə adam demə!
Əsən yellərin dilində
Aham, mənə adam demə!
Yavaş-yavaş yanaşıram
Viran qalan evimizə –
Bu xərabə küçələrdə
Ruham, məni adam demə!...
19.11.2021
DAĞLAR XƏBƏRSİZDİMİ
Sirdaşım olan dağlar
Nə soruşdum, kiridi.
Necə açım onların
Dilindəki kilidi?!
Bilmirəm heç hə deyim,
Söz də sözümə baxmır.
Mən ona yad olmuşam,
Yurdum üzümə baxmır.
Çaxdı həsrət şimşəyi,
Qəfil yağış başladı.
Yuxudan aylmayıb
Dağlar hələ huşdadı...
Bilmirmi günahsızam,
Onlar məndən küsdümü?
Sinəmdəki dağlardan
Dağlar xəbərsizdimi?
19.11.2021
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar