Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb.
Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir.
Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
"Başa düşürəm, belə danışmaq yersizdir... Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var", - Paşinyan deyib.
Xəbər lenti
“16 noyabrda 32 erməni hərbçi saxlanılıb” - Paşinyan

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































