Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Yolumuz Ağdama", "Yolumuz Xocavəndə" - Qarabağa möhtəşəm turizm marşrutları hazırlanır

Tarix: 19-11-2021 11:06     Baxış: 3379 A- / A+
"Yolumuz Ağdama", "Yolumuz Xocavəndə" - Qarabağa möhtəşəm turizm marşrutları hazırlanırQarabağda turizmin inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən layihə hazırlanıb. İşağaldan azad olunan ərazilərdəki turizm resursları və obyektləri bu layihə əsasında qiymətləndiriləcək.

Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, prosesə Türkiyədən ekspert və mütəxəssislərin dəvət olunması da nəzərdə tutulur.
"Bundan başqa, işğaldan azad olunmuş ərazilərlə bağlı ilk günlərdən etibarən turizm strategiyası hazırlanıb və strategiyaya uyğun olaraq turizm marşrutlarının konsepsiyası hazırlanaraq müvafiq orqanlara təqdim edilib. İlk olaraq, "Yolumuz Ağdama", "Yolumuz Füzuliyə" və "Yolumuz Xocavəndə" adlı turizm marşrutlarının konsepsiyası işlənib. Bunun əsasında gələcəkdə işğaldan azad olunan ərazilərə turist səfərlərinin açılacağı gündən etibarən müəyyən turların təşkili nəzərdə tutulur. Bu da sözsüz ki, gələcəkdə biznes tərəfindən əsas götürülə bilər" - deyə, qurum rəsmisi bildirib.
E.Cavadov onu da əlavə edib ki, Ağdam şəhərində Dövlət Turizm Agentliyinin iştirakı ilə müəyyən infrastruktur işləri aparılıb. "Yolumuz Ağdama" marşrutu çərçivəsində işarələnmələr həyata keçirilib, Şahbulaq Qalası ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı təkliflər verilib.
"Hər bir rayon üzrə şəhərsalma işçi qrupu tərəfindən nəzərdə tutulan baş planlara rəylər və təkliflər verilir. Burada turizm imkanları ilə bağlı konkret məsələlər qaldırılır. Agentlik tərəfindən ərazilərdə turizm və represiya zonalarının yaradılması ilə bağlı işlər aparılır. Sözsüz ki, burada turizmin inkişafı gələcəkdə ərazilərin təhlükəsizliyinin tam təmin olunması fonunda baş verəcək. Bu vaxta qədər də həmin ərazilərdə zəruri infrastruktur layihələri icra edilir. Bu layihələrin gələcəkdə turizmin daha da inkişaf etdirilməsi ilə əlaqələndirilməsi bizim üçün çox vacibdir və işimizi bu istiqamətdə aparırıq" - deyə, o qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar