Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçında mövqelərini qoyub qaçan erməni danışdı: “Bizi eşşək yerinə qoydular”

Tarix: 17-11-2021 16:27     Baxış: 4341 A- / A+
Laçında mövqelərini qoyub qaçan erməni danışdı: “Bizi eşşək yerinə qoydular”
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində təxribata əl atmaq istəyib. Həmin vaxt Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görüb. 
Manevr.az xəbər verir ki, nəticədə 4 düşmən postu boşaldılıb və oradakı erməni əsgərlər isə ərazidən qovulub.

Həmin vaxt orada olan və əsgər yoldaşları ilə birlikdə mövqelərini qoyaraq, qaçan erməni əsgəri Yeprem Marqaryan başlarına gələnləri yerli mediaya danışıb. O deyib ki, məlum əməliyyatdan sonra Azərbaycan əsgərləri iki kilometr irəliləyiblər. "Sisyan hələ ki, bu "məşq meydanı”nda kənardadır. Onlar əvvəlcə Novaran kəndinə gəlməlidirlər, daha sonra Sisyana çata bilərlər”.  

O deyib ki, Azərbaycan əsgərləri gəldikdən sonra onlar 4 döyüş mövqeyini boşaltmalı olublar. "Bizə yaxınlaşıb dedilər ki, əşyalarınızı və silahlarınızı da götürün, gedin. Biz bu tələbə əməl etmək istəmədik. Bu zaman onlar bizimlə daha sərt formada danışmağa başladılar və konkret olaraq "rədd olun burdan” dedilər”.

Marqaryan bildirib ki, o, əvvəllər də həmin mövqelərdə xidmətdə olub. "Onları öldürmək üçün 10 dəqiqə kifayət idi. Lakin bizə atəş açmağa icazə vermədilər. Türklər nə üçün gəldiklərini yaxşı bilirdilər. Bircə dəfə müqavimət göstərsydik, kifayət edərdi. Çünki həmin yer elə bir yerdir ki, irəli getdikcə, qabağını görə bilmirsən. Biz də məhz o mövqedəydik”.

O bildirib ki, Azərbaycan əsgərləri heç nədən çəkinmədən onları mövqelərindən çıxarıblar. "Onlar bizim mövqeləri tutdular. Etiraf edim ki, türklər orada bizi eşşək yerinə, uşaq yerinə qoymuşdular. Avadanlıqlarımızı, benzinimizi, maşınlarımızı əlimizdən aldılar. Amma biz heç nə edə bilmədik”.  

Marqaryan hadisə vaxtı orada erməni əsgərlərinin söyülməsi və döyülməsi barədə də danışıb. "Od olmayan yerdən tüstü çıxmaz. Bəli, belə bir şey olub. Döyülmə olmayıb. Amma bolluca söyüş eşidirdik. Bəli, ərazidə xidmətdə olan bir çox əsgərimiz qaçdı. Düzdür, biz indi döyüşməyə hazır deyilik. Lakin belə hallarda silahdan istifadə etmək vacibdir. Azərbaycan əsgəri vurulmasa, sakit dayanmayacaq. Həm də onları vurub, sonra da videolarını çəkib, dünyaya yaymalıyıq”.(demokrat.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar