Manevr.az xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır.
Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, gün ərzində təxminən 50-ə yaxın yük avtomobili sərhəddən buraxılır.
İranlı sürücülər jurnalistlərlə söhbətində mövcud durumdan razı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, nəzərdə tutulan dövlət rüsumu ödənildikdən sonra rahat şəkildə yollarına davam edirlər.
Ərazidə həmçinin DSX-nin təlim keçən itlərindən də istifadə olunur.
Yenidən qurulandan və keçid üçün dövlət rüsumu tətbiq ediləndən (noyabrın 10-dan) sonra Ermənistan vətəndaşları olan sürücülər məntəqəyə yaxınlaşmayıblar. Çünki belə olacağı təqdirdə onların xarici pasportlarına Azərbaycan möhürü vurulmalıdır.
Mediatur çərçivəsində həm də Zəngilan rayonunun Qazançı kəndindəki nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib. Qeyd olunub ki, əgər Ermənistan vətəndaşları həmin məntəqədən keçmək istəməsələr alternativ yolla getmək istədikləri ünvana 3 saat əlavə vaxt itirməklə gedə biləcəklər.
Xatırladaq ki, hər iki nəzarət-buraxılış məntəqəsindən hələlik Ermənistan vətəndaşları istifadə etməyib./report
 Xəbər lenti 
					
 
		Gorus-Qafan yolunda son durum: iranlı sürücülər azərbaycanlılardan razıdır, ermənilər isə yaxınlaşmır - ŞƏKİL

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində - Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub.
Manevr.az










	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















