Xatırladaq ki, erməni terrorçunun gerçəkləşdirdiyi insident nəticəsində çavuş Hafiz Nəsibov və daha iki azərbaycanlı hərbçi yaralanıblar.
"Norayr Mirzoyanın azərbaycanlı hərbçilərə əl qumbarası atmasından sonra erməni radikalların davranışı və bəyanatları gözləniləndir, nümayişkaranədir. Xatırladım ki, İkinci Qarabağ Müharibəsinin başa çatmasının ildönümü münasibətilə Ermənistandakı ultramillətçilər Rusiyanın İrəvandakı səfirliyinin qarşısında nümayiş keçirərək Moskvanı suçlamış, hədələmişdilər", - Satanovski bildirib.
Xəbər lenti
"Ermənilərə nə qədər yaxşılıq etsən, anlayan deyillər" - Moskvanın səbri tükənir
Məşhur rusiyalı alim və siyasi ekspert Yevgeni Satanovskinin fikrincə, Şuşa yaxınlığındakı postda azərbaycanlı hərbçilərə RQD-5 əl qumbarası atmış Ermənistan vətəndaşı Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi təqdirdə rusiyalı sülhməramlılara hücumlar edəcəklərini bildirən erməni radikalların cavabları verilməlidir.
Manevr.az-ın milli.az-a istinadla məlumatına görə, o, bildirib ki, rusiyalı sülhməramlıların Ermənistana təhvil verdikləri N.Mirozoyanın azadlıqda qalacağı və ya çox qısa zamanda azadlığa çıxacağı ilə bağlı Azərbaycanın narahatlığı məntiqi, əsaslıdır.
G.Satanovski hesab edir ki, Rusiyanın qarant olduğu atəşkəsi pozan adam mütləq yerindəcə ləğv edilməli, zərərsizləşdirilməlidir. O adamın kimliyi əsla önəmli deyil. Tarixi təcrübə var.
Həmin insidentdən sonra rusiyalı sülhməramlılara, hansı ölkədə olmasından asılı olmayaraq ruslara və ya rusiyalıların obyektlərinə, rusiyalı sülhməramlılara hücum edəcək istənilən qruplaşma və ya təşkilat fiziki məhv edilməlidir. Belə təhdidlərlə çıxış edən təşkilat və ya qruplaşmanın rəhbərləri, yaxud liderləri isə onların hədələrinin reallaşıb-realllaşmamasından asılı olmayaraq dərhal, təcili şəkildə məhv olunmalıdır. Bunun üçün istənilən gücdən və ya vasitədən istifadə olunmalıdır.
"Bəhs etdiyim sonuc bütün dünyada və regionda aşkar olacaq qaçılmaz reallığa çevrilməlidir. Yerdə qalanlar önəmsizdir. Rusiyalı sülhməramlıları, Rusiyanı hədələyənlərlə bağlı heç bir başqa metod işləmir və işləyən də deyil. Əgər belə təhlükəsizlik rejiminin təminatı üçün regionu sərt güc nəzarətinə almaq gərəkdirsə, deməli, bunu gerçəkləşdirmək gərəkdir. Rusiya imperiyası və Sovet İttifaqı bununla uğurla məşğul olurdu", - G.Satanovski bildirib.
O, daha sonra vurğulayıb ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin, habelə Ermənistanın dövlətçiliyinin təminatı üçün əvvələr heç bir erməni Rusiyaya minnətdar olmamışdısa, indi də minnətdar deyil və gələcəkdə də olmayacaq: "Siyasətdə və milli münasibətlərdə minnətdarlıq ümumiyyətlə, olmur. Kimin üçünsə nəyisə nə qədər çox edirsənsə, nə qədər çox verirsənsə, səni az etməkdə və az yardım göstərməkdə suçlayırlar. Ona görə də hamını və hər kəsi taleyin hökmünə buraxaraq geri çəkilmək istəyirsən".
G.Satanovski xatırladıb ki, 1970-ci illərdə də erməni radikallar Sovet İttifaqında terrorizmlə məşğul olurdular.
Tanınmış rusiyalı ekspert Gennadi Satanovskinin Moskvanın hakimiyyət dairələrinə çox yaxın şəxs olduğunu nəzərə alsaq, onun Ermənistan və ermənilər barədə bu açıqlamaları Rusiyanın da səbrinin tükənməsinə işarə vurulması sayıla bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar