Xəbər lenti
Daşnaklar da Xankəndiyə gəldi: Təhlükəli oyun başladı
Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində son günlər erməni rəsmilərin “aktivliyi” artıb.
Manevr.az xəbər verir ki, 7 noyabrda Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçməklə Xankəndiyə gəlməsi, burda “mövqeləri” yoxlaması, “hərbi hissələrdə” olması, daha sonra isə “hərbi hissələrdəki” əsgərlərə medal paylaması Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının bəndlərini pozmaqda israrlı olduğunun açıq-aşkar elan edilməsi idi. Bəyanatın sözügedən bəndində erməni hərbi birliklərinin rus sülhməramlılarının yerləşməsi ilə Azərbaycan ərazilərindən çıxması göstərilsə də, İrəvanın imzaladığı və kapitulyasiya aktı kimi dəyərləndirilən sənədin ildönümündə nəinki erməni hərbçilərinin çıxarılması həyata keçirilməyib, əksinə onlara “mövqe” qurulub, Azərbaycan Ordusu ilə üzbəüz yerləşdirilib. Bu görüntüləri isə Ermənistan Müdafiə Nazirliyinin çəkiliş qrupu lentə alaraq, yayır.
Arşak Karapetyanın səfərindən bircə gün sonra erməni diversantlarının Şuşa ətrafına “boru təmir etmək” adı ilə yaxınlaşdığı məlum oldu. Azərbaycanın Zəfər günündə, Şuşada keçirilən rəsmi mərasimlər fonunda ermənilərin diversiya əməliyyatına cəhd etməsi bütün sərhədləri keçmək idi.
Azərbaycan əsgəri əlbəttə ki, dərhal erməni diversiya qrupunun bir üzvünü yerindəcə məhv etdi, digər 3 nəfəri isə ağır yaraladı və diversantlar ərazini dərhal tərk etməyə məcbur oldular.
Ancaq bunun ardınca baş verənlər təsdiqləyir ki, gərginlik artan istiqamətdə davam edir və ermənilər düşünülmüş şəkildə provokasiyalara gedirlər.
Bu gün isə erməni terrorçunun Azərbaycan və Rusiya əsgərlərinin olduğu Şuşa yaxınlığındakı posta qumbara atmasının ardınca bəlli oldu ki, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan və Daşnaksütyun partiyasının ali orqanının nümayəndələri Xankəndidədirlər. Onlar Laçın dəhlizi ilə Xankəndiyə gələrək, burada “silsilə görüşlər” keçirirlər.
Silsilə görüşlərə isə separatçı-terrorçuların “parlament sədri” Artur Tovmasyan, “təhlükəsizlik şurası katibi” Vitali Balasanyan və s. daxildir.
Arşak Karapetyan Xankəndiyə gəlişinə Azərbaycan rəsmi şəkildə sərt etiraz etdi və bu addımların yaxşı nəticələr verməyəcəyi xəbərdarlığı edildi. Bunun ardınca erməni parlamentinin vitse-spikerinin gəlişi ciddi mesajdır.
10 noyabr 2020-ci il bəyanatından sonra Ermənistan hökumətindən və parlamentindən kimsə Xankəndiyə gəlməyə cəsarət etmirdi. Hətta erməni mediası bunu Paşinyan hökumətinin götürdüyü öhdəlik, Azərbaycanın tələbi kimi təqdim edirdi. Paşinyan administrasiyası da verdiyi açıqlamada belə səfərlərlə gərginliyi artırmağa ehtiyac olmadığını bildirmişdi.
Demək, Ermənistan hökuməti “belə səfərlərin gərginliyi artıracağını” çox yaxşı bilir və məhz ona görə də indi bu “səfərlərlə” gərginliyi artırmağa qərar verib.
Bu qanunsuz səfərlərin diversiya əməliyyatı və bugünkü terrorla müşayiət olunması isə bir daha təsdiqləyir ki, Ermənistan təhlükəli oyuna başlayıb.
Rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında rus klassiklərinə abidə və Rus Pravoslav Kilsəsi inşa etməsi, açılışlara isə Rüstəm Muradovun qatılması isə təhlükəli oyunda iştirakçıların heç də təkzə ermənilər olmadığını düşünməyə əsasdır.../axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar