“Azərbaycan Gorus-Qafan yolunda gömrük məntəqəsi qurur. Buna qədər İran maşınlarının yoxlanışı həyata keçirilirdi, amma qaydalar Ermənistan nömrəli avtomobillərə tətbiq olunmurdu. İndi isə qaydalar Ermənistan nömrəli avtomobillərə də şamil ediləcək”.
 Xəbər lenti 
					
 
		Gorus-Qafan yolundan istifadə edən erməni maşınlarından da rüsum alınacaq - AÇIQLAMA

Manevr.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib: “Paşinyan bildirmişdi ki, yoldan erməni maşınlarının istifadəsi ilə bağlı razılaşma var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ermənilərə Azərbaycanın gömrük məntəqəsi qurduğu haqda xəbərdarlıq edib və onları alternativ yoldan, yəni Gorus-Tatev yolundan istifadə etməyə çağırıb. Görünür, Azərbaycan Ermənistana alternativ yol çəkilənə qədər bu yoldan maneəsiz istifadəyə icazə verib. İndi Ermənistan alternativ yolun hazır olduğunu deyir və Azərbaycan suveren ərazisindən keçən yoldan istifadəyə görə erməni maşınlarından da dövlət rüsumu alacaq. Ermənistanın alternativ yolunun əlverişsiz olduğuna, xüsusilə yük maşınları üçün çətinlik yaratdığına dair məlumatlar var. Ağır tonnajlı maşınlar yenə Azərbaycan ərazisindən keçməyə məcbur qala bilər” – deyə Asif Nərimanlı fikirlərini tamamlayıb./konkret.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















