Xəbər lenti 
					
 
		Rüstəm Muradov sabah Qarabağa gəlir - SƏBƏB

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək."Sputnika Armeniya” xəbər verir ki, məlumatı Rusiya Cənubi Hərbi Dairəsi yayıb.
Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.
Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirir. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.
Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-mayor Mixail Kosobokov rəhbərlik edir.sfera.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















