Xəbər lenti 
					
 
		Türk PUA-larının Qarabağda məhv etdiyi hədəflərin sayı...

Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatları 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçuş aparatları ilə (PUA) bağlı yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir. PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.
"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib./axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















