Xəbər lenti 
					
 
		Binəli Yıldırım: "Zəngəzur dəhlizi tezliklə açılmalıdır"

"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır".
Manevr.az "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinin bəzi hissələrində yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Laçın dəhlizinin istifadəsində problemlər axtarılır. Bəzən hansısa provakasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".
B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişənin həllində regional ölkələrlə intensiv iş aparır: "Biz yeni platforma təklif edirik. Buraya Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















