Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

3 nəfər Qarabağ təklifi verdi, Qorbaçovun cavabı...

Tarix: 05-11-2021 16:15     Baxış: 4198 A- / A+


3 nəfər Qarabağ təklifi verdi, Qorbaçovun cavabı...1989-cu ildə azərbaycanlılar ermənilərə Bakıdan, ümumiyyətlə, bütün Azərbaycandan getməkdə kömək edirdilər, onları gizlədirdilər, dəstək olurdular. Bunların hamısı mənim gözümün qarşısında baş verib. Qeyd edək ki, həmin zamanlar İrəvan bütün dünyaya car çəkirdi ki, guya Azərbaycanda ermənilə qarşı soyqırım tətbiq edilib.

Manevr.az axar.az-a istinadla xəbər verir ki, bu fikirləri SSRİ Baş Prokurorluğunun sabiq müstəntiqi Vladimir Kaliniçenko bölüşüb.
Kaliniçenkonun müsahibəsindən bir neçə tezisi diqqətinizə çatdırırıq:
Mən Azərbaycana və Ermənistana dəfələrlə səfər etmişəm. Məni dəhşətə gətirən yeganə şey ermənilərdə millətçiliyin açıq-aydın təzahürü olub, azərbaycanlılarda bunu hiss etmirdim.
- 1987-ci ildə Qorbaçov Zori Balayanın, Silva Kaputikyanın və onlara qoşulmuş Qalina Starovoytovanın da tərkibində olduğu erməni nümayəndə heyətini qəbul etmişdi. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini məhz həmin gün Qorbaçovun qarşısında qaldırmışdılar. Qeyd edim ki, Qorbaçov bu ideyanı dəstəkləmişdi.
- Bir neçə il əvvəl Moskvada, poliklinikalardan birində təsadüfən erməni həkiminin qəbuluna düşdüm. O, kim olduğumu bilərək mənimlə danışmağa başladı. Dedi ki, guya hələ münaqişədən öncə azərbaycanlıların davranışı erməniləri hiddətləndirirmiş... Guya hətta Qarabağda bütün yazılar Azərbaycan və rus dillərində yazılırmış. Mən bu yalana çox təəccübləndim və kəskin cavab verdim ki, əgər mən 1979-cu ildə orada olmasaydım, bəlkə də inanardım. Amma mən orada oldum və hər şeyi öz gözlərimlə gördüm. Qarabağda bütün partiya komitələri ermənilərdən ibarət idi, bütün yazılar rus və erməni dillərində idi. Bundan başqa, Azərbaycanda rəhbərliyin özündə də çoxlu erməni var idi – həm MK-da, həm də Nazirlər Kabinetində o illərdə 30-40 erməni yaxşı vəzifələrdə işləyirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar