Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Binəli Yıldırım Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydasından danışdı

Tarix: 04-11-2021 10:19     Baxış: 3190 A- / A+


Zəngəzurun dəhlizinin açılması istiqamətində işlər davam edir.
Manevr.az istinadən bildirir ki, bunu Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.
B.Yıldırım bildirib ki, Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə danışıqlar davam edir:
"Zəngəzur dəhlizin açılması bütün region ölkələrinin daha çox əlaqələr qurmasına kömək edəcək. Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar