Xəbər lenti 
					
 
		Vətən Müharibəsinin 36-cı günü: Noyabrın 1-də nələr baş verdi?

Döyüşlər cəbhənin içərilərinə doğru getdikcə Azərbaycan əsgərinin qarşısına qoyulan tapşırıqlar da kifayət qədər çətinləşirdi. Həmçinin havaların soyuq keçməsi, dağlıq ərazilərdə qatı dumanın olması əsgərlərimiz üçün ciddi çətinlik yaradırdı. Lakin bu çətinlik sadəcə daha da dözüm, qətiyyət, düzgün taktiki əməliyyat şərtlərinin artırılmasını tələb edirdi. Ordumuz isə bütün bunlara lazım olduğundan dəfələrcə çox hazır idi.
Bunun da nəticəsi olaraq, Müdafiə Nazirliyinin məlumatında sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarıldığı bildirildi.
Noyabrın 1-də ötən gün ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alındığı, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobilin, şəxsi heyətin məhv edildiyi bildirildi və məhv etmə kadrları nümayiş olundu.
Artıq düşmənin son çırpınışları idi. Çünki düz 8 gündən sonra Ermənistan ordusu məğlub olduqlarını qəbul edəcəkdi.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















