Xəbər lenti 
					
 
		Qarabağda yol tikintisi nə zaman başa çatacaq?

Türkiyənin "Proyapı" şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.
Manevr.az xəbər verir ki, bunu Trend-ə şirkətin layihə meneceri Volkan Topaloğlu deyib.
Onun sözlərinə görə, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:
"Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq "Zəfər yolu"nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk".
O əlavə edib ki, "Proyapı" şirkəti Füzuli-Ağdam yolunun layihələndirilməsi üzrə də işlər görür.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















