Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

ANAMA tərəfindən 6 min hektara yaxın ərazi minalardan təmizlənib

Tarix: 30-10-2021 19:27     Baxış: 3220 A- / A+


ANAMA tərəfindən 6 min hektara yaxın ərazi minalardan təmizlənib28 oktyabr tarixinədək ANAMA tərəfindən 5 917 ha ərazi minalardan təmizlənib.

Manevr.az xəbər verir ki, bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən 28 oktyabr tarixinədək 5 917 ha ərazi təmizlənmiş, 26 931 ədəd mina və PHS aşkar edilmiş, carı ilin oktyabr ayı ərzində isə 381.13 ha ərazi təmizlənmiş, 1 846 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib.
Azərenerji ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib və iki layihə üzrə ümumi sahəsi 1 020 ha təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin, FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən Ağdam və Füzuli rayonları istiqamətində cari ilin 28 oktyabr tarixinədək ümumilikdə 1 161 632 kv.m ərazi təmizlənmiş və 3490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilmişdir. Ərazilərin minalardan təmizlənməsi işinə 33 nəfər FHN minaaxtaranı cəlb edilib.
Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən oktyabr ayı ərzində 25 ha ərazi təmizlənmiş, 40 ədəd mina və partlamamış hərbi sursat (noyabr 2020-ci ildən 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənmiş, 3058 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar