Xəbər lenti
Rusiya sülhməramlıları “ağıllanıb”, yoxsa Anaşkin rol oynayır? – Hərbi ekspert
"Anaşkin sırf Moskvadan Şoyqu tərəfindən gələn göstərişə əsasən, guya sülhməramlılarla bağlı prosesin sakit tərzdə getməsiylə bağlı obraz formalaşdırmaq üçün özünü passiv aparır”.
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı general-leytenant Gennadi Anaşkinin fəaliyyətə başlamasından bir ay vaxt keçsə də, sələfilə müqayisədə passiv görünməsinin səbəblərindən danışarkən deyib.
Həmsöhbətimizə görə, əslində o aktivdir, amma yuxarıdan bu aktivliyi üzə çıxarmamaq göstərişini alıb:
"Deməzdim ki, general-leytenant Gennadi Anaşkin passivdir. Əksinə o, Moskvadan gələn göstərişə əsasən özünü belə aparır. Ona görə də Anaşkin bir növ görünmür. Reallıqda isə Anaşkin əvvəlki sələflərindən fərqli olaraq sülhməramlıların komandanı qismində daha çox iş görür. O, əvvəlkilərlə müqayisədə daha təcrübəlidir”.
Ekspert düşünür ki, Azərbaycanda Rusiya sülhməramlılarının fəaliyyətilə bağlı yaranan narazılıq və onların çıxarılması tələbinin artması fonunda Moskva Anaşkinə maksimum dərəcədə gözə görünməmək göstərişi verib:
"Anaşkinə tapşırılıb ki, sülhməramlılarla bağlı heç bir narazılıq yaranmasın. Ona görə də o sələflərilə müqayisədə kənardan özünü passiv göstərməyə çalışır. Məsələ ən yüksək səviyyədə tənzimlənir. Goranboydan olan əsgərimizin şəhid olmasından iki həftə keçməsinə baxmayaraq, nə Rusiya sülhməramlıları, nə də bu ölkənin Xarici İşlər Nazirliyi hələ də məsələnin üstünə getməyiblər. Proses tamamilə Moskvadan idarə olunur. Nə ermənilər atəş açır, nə də rus sülhməramlıları hansısa bir yekəxanalıq edir”.
Ü. Cəfərovun fikrincə, Moskva maksimum dərəcədə çalışır ki, regionda sülhməramlılarla bağlı bundan sonra hər hansı bir narazılıq olmasın: "Əvvəlki dövrdə isə rus sülhməramlıları çoxsaylı biabırçılıqlara yol verdiklərindən Rusiya müdafiə naziri Sergey Şoyqu hətta Rüstəm Muradovu ən ağır ifadələrlə təhqir edib. Görünən də odur ki, sülhməramlılar müəyyən dərəcədə özlərini yığışdırıb. Belədə guya hər şeyin sakit tərzdə getməsiylə bağlı mənzərə yaradacaqlarını düşünürlər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar