Xəbər lenti 
					
 
		Müdafiə naziri Kəlbəcər və Laçında - Video
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin rəhbərliyi Kəlbəcər və Laçın rayonlarında yerləşən bir sıra döyüş mövqelərində olub, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə olunub ki, dövlət sərhədində 3 400 metrədək hündürlükdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarının digər sahələrində yerləşən döyüş mövqelərində inşa edilən konteynerlərdən ibarət modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar və günəş panelləri quraşdırılıb.
Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Mövqelər texniki müşahidə avadanlıqları ilə təchiz olunub.
Komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyən general-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Müdafiə naziri hərbi qulluqçular üçün yaradılan şəraiti və onların mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib. Nazir şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















