Xəbər lenti
Ermənistan üçün “DQR” mövzusu bitib - Separatçılar təşviş içində
44 günlük Vətən müharibəsindən sonra artıq rəsmi İrəvan üçün "Dağlıq Qarabağ Respublikası” ("DQR”) mövzusu bitmiş kimi görünür.
Müharibədən sonra İrəvan-Xankəndi münasibətlərindəki soyuqluq, Ermənistanın "DQR”in "problemlərini” arxa plana atması Nikol Paşinyan hökumətinin rəsmi Bakının bölgədə yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində olduğunu göstərir. İndi "DQR”in "problemləri” ilə İrəvandan daha çox Rusiya sülhməramlıları məşğuldur.
Separatçılar da artıq fərqindədir ki, İrəvan "DQR”ə sıcaq yanaşmır. Bu qənaət xüsusilə Ermənistan parlamentində bu dəfə həm ayrıca olaraq Qarabağla bağlı komissiyanın, həm də "Ermənistan-Artsax” adlı qondarma "birgə komissiya”nın yaradılmamasından sonra daha da möhkəmlənib.
Artıq "DQR”in "deputatları” bunu açıq şəkildə dilə gətirir. Məsələn, "deputat” Metaxe Akopyan deyib ki, Ermənistanda 3 aydır parlament formalaşdırılıb, lakin Qarabağla bağlı nə bir komissiya yaradılıb, nə də birgə əməkdaşlıq komitəsi qurulub.
"İrəvandakı görüşlərimizdə bizə dedilər ki, bu məsələ ilə bağlı addımlar atılacaq. Ancaq nə zaman atılacağını demədilər. Ermənistandakı mövcud hökumətlə bir sıra razılaşmalar yerinə yetirilməyib. Həmin razılaşmaların yerinə yetiriləcəyini də deyə bilmərəm. Məsələ belədir ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsinə və onun problemlərinə ciddi yanaşmır. Birgə komissiyanın yaradılmaması da bunun əyani sübutlarından biridir”, - deyə Akopyan bildirib.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar