Azərbaycan XİN Arutyunyanın İrəvanda erməni komandirlərlə görüşdə səsləndirdiyi təhlükəli fikirlərə reaksiya verməlidir...
Neçə gündür ki, Azərbaycan mediasında Qarabağdakı köçmən ermənilərin qondarma icmasının başçısı Araik Arutyunyana sui-qəsd edilməsi haqda iddialar var.
Bunu həmkarlarımız havadan almayıblar, Ermənistanın hansısa voskanapat.info saytına istinadən belə bir xəbər tirajlanıb. Azərbaycan mediasının "erməni tələsinə" belə asanlıqla düşməsinin səbəbi bəllidir. Ermənilər arasında Araikin ölümünü elə bizim qədər arzulayanlar var və bu səbəbdən Azərbaycan mediasına Arutyunyanla bağlı belə "pas verirlər". Medianın isə bu kimi məsələlərdə diqqətli olması lazım. Erməni mənbələri davamlı olaraq Azərbaycana qarşı işləyirlər, hərdən də bunu öz ağıllarınca "ustalıqla" edirlər ki, biz də bu yalan xəbərləri tirajlayaq, onlar da oxuyub gülsünlər, bizim medianın yalan yazdığını təsbit etsinlər. O səbəbdən, xüsusilə Paşinyana, Arutyunyana sui-qəsdlər olacağı haqda ermənilərin yazdığı xəbərlərə diqqətli yanaşmaq lazımdır.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Araikə sui-qəsd olması xəbərini əlbəttə ki, ötən günlərdə digər erməni mənbələrinin təsdiqləməməsi şübhə doğurmuşdu. Üstəlik, unutmayaq ki, Şuşanın ayağı altında olan Xankəndində baş verən fövqəladə hadisələri Bakı öz mənbələri hesabına əldə edə bilər. Araikin dərisi bir qəpiyə dəyməz, amma o, hələ ki, orada erməni icmasına rəhbərlik edir, kabineti var. Onun gec-tez cəhənnəmə gedəcək canına bir şey olsaydı, bunu bizim mənbələr də biləcəkdi. İndilikdə isə deməliyik ki, Araikə sui-qəsd xəbəri doğru deyil. Məlum olub ki, Araik Xankəndində deyil, Ermənistana gedib. Armenpress.am saytı yazır ki, (https://armenpress.am/rus/news/1065165.html) İrəvanda "işgüzar səfərdə olan" Arutyunyan "Şanlı döyüşçülər", "Aramo", "Berdzor" silahlı dəstələrinin komandir heyəti ilə görüşüb. Görüşdə yezidi kürdlərin komandiri də iştirak edib.Arutyunyan "vətən uğrunda döyüşən könüllü dəstələri ilə görüşü təkcə minnətdarlıq üçün deyil, həm də vətənin dirçəlişinə qoşulmaq üçün təklif" kimi qiymətləndirib.
Arutyunyan deyib ki, "vətənin varlığı təhdid edildikdə, tərəddüd etmədən döyüşə girdiniz. Bu gün yenə də 120 minə yaxın ermənin bu dəstəyə ehtiyacı var və Artsax ətrafında birləşməliyik".
Araik gəbərməyib, amma özünü bu cür özbaşına çağırışla aşkar güllə qarşısına atır. Qarabağa silahlı dəstə çağırmaq və bunu "vətən", "120 min erməniyə dəstək" kimi sözlərlə bəzəyərək edir. Bu, 10 noyabr razılaşmasına birbaşa ziddir, hətta bölgədə yeni qarşıdurmaya çağırış, terrora hazırlıq cəhdidir.
Araik iyun ayında Qarabağdakı köçmən ermənilərin sayının 35 min nəfər olduğunu etiraf etmişdi. "Ermənistanla əlaqələr qurmadan 35 min vətəndaşın sosial probleminin həllini necə təsəvvür edirsiniz" deyə separatçıların başçısı görüşlərin birində bildirmişdi. Araik ciddi mənbədir, o baxımdan ki, Qarabağa gələn ermənin it-pişiyinin belə dəqiq sayını bilir.
Araikin açıqladığı 35 min nəfər şübhə doğurur, amma bu rəqəm belə, Rusiya Müdafiə Nazirliyinin erməni əhalisinin sayının ən azı iki dəfə çox şişirdilməsi demək idi. Rusiya Müdafiə Nazirliyi 53 min civarında erməninin Qarabağa qaytarıldığını bildirmişdi. Görünür, 35 min etirafı Araiki baha başa gəlib, Rusiya sülhməramlıları onun qulağını bərk burublar, bu cür sirləri faş etmək olmaz deyiblər. İndi yayda dediyi rəqəmi Araik İrəvandakı görüşdə nəinki "unudub", ermənilərin sayını ən azı dörd dəfə şişirdib. Səbəb əlbəttə ki, təkcə yenidən cəzalanmaq qorxusu deyil.
Qarabağa silahlı dəstə çağırmaq üçün "vətən nağılları" indi dəbdə deyil. Qarabağı ermənilər heç vaxt doğma bilməyiblər, bu səbəbdən müharibədən sonra "komandirlər" hamısı qaçıb İrəvanda sülənirlər, bəlkə də qapı-qapı gəzib "biz vuruşmuşuq" deyə, xərac alırlar. İndi onları Ermənistandan Qarabağa qaytarmaq o qədər asan iş deyil, əksinə, mümkünsüzdür bəlkə də. Araikin "120 min erməni" rəvayətinə o keçmiş komandirlər inansa belə, məsələnin maraqlı tərəfi başqadır. Yaxşı, bu terrorçu qruplar qayıtmağa razılıq verdi, onları Qarabağa necə keçirəcəklər? Ola bilsin ki, çoxunun Xankəndi qeydiyyatı var. Araik o dəstələri bəs, harada yerləşdirməyi düşünür: Rusiya sülhməramlıları ilə yanaşı, onların arxasında, yoxsa qarşısında?
10 noyabr razılaşmasına görə Qarabağda erməni silahlı birləşmələri qalmamalıdır. Amma belə görünür ki, ermənilər nəinki qalan silahlıları ləğv etməyi, hətta yeni dəstələri hansısa yollarla ərazilərimizə soxmaq istəyirlər. Azərbaycan XİN Arutyunyanın bu təhlükəli çağırışına reaksiya verməlidir.
Araik ölməyib, amma bütün hərəkətləri ilə doğrudan da gülləyə gəlir...
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar