Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası proqramı HAZIRLANIR

Tarix: 08-10-2021 12:41     Baxış: 4160 A- / A+

Bəs Qarabağ erməniləri Azərbaycana necə inteqrasiya olunacaq?
Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsində 25 min erməni sakin yaşayır. Yaxın illərdə sülhməramlı qüvvələr regionu tərk etdikdən sonra həmin sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması qarşıda duran əsas məsələlərdən biridir. Uzun illər ölkəmizə nifrət mühitində böyüyən, beyinləri yuyulan həmin sakinlərin bu zərərli düşüncələrdən qurtulması, aralarında hərbi cinayətlət törətmiş canilərin müəyyənləşdirilməsi və s. detallar planlı yanaşma tələb edir.
Manevr.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatı Aqil Məmmədov məsələ haqqında modern.az-a danışarkən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını  qəbul etməli olduğunu söyləyib.

“Hazırkı vəziyyəti təhlil etsək görərik ki, Qarabağ ermənilərinin bir çoxu artıq Azərbaycan rəsmilərinə üz tutur. Xankəndi ərazisində yaşayan ermənilərdə Azərbaycan vətəndaşlığını qəbul edərsə, vətəndaşlığımız şərəf bilib daşıyarlarsa, təbii ki, asanlıqla inteqrasiya olunacaqlar. Azərbaycanda yaşayan digər xalqaların nümayəndələri kimi sərbəst şəkildə yaşayarlar və onların üçün heç bir təhlükə olmaz. Azərbaycan vətəndaşlığını qəbul etməzlərsə, heç bir inteqrasiyadan söz gedə bilməz”.
 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov isə yalnız 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilərə Azərbaycan vətəndaşlığının verilə biləcəyinə vurğu edib.
“Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib Azərbaycanda yaşamalıdırlar. Yaşama hüququ o ermənilərə veriləcək ki, onlar  1988-ci ilədək orada yaşayıblar və hazırda törəmələri orada yaşamaqdadır. Qarşılarına müəyyən şərtdə qoyulacaq. Əgər onlar Azərbaycan qanunlarını pozub, millətimizə qarşı cinayət törədiblərsə, qanun qarşısında cavab verəcəklər, cinayətə cəlb olunacaqlar. Əks təqdirdə, Azərbaycan dövləti öz ərazisində əcnəbi vətəndaşların yaşamasına icazə verməyəcək, onlar ölkədən xaric olunacaqlar”.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov inteqrasiya olmasa Ermənistan tərəfindən kiminsə maşa kimi əleyhimizə istifadə edəcəyini söyləyib. O, dövlətin inteqrasiya prosesi istiqamətində danışıqları davam etdirdiyini əlavə edib:
“Ermənistan xalqının bir hissəsi bu prosesə hazırdır. Özləri də bilirlər ki, bu vəziyyətdə yaşamaq asan deyil.  İnkişafdan geri qalırlar, ölkə gün keçdikcə çökür. Siyasi hakimiyyət, müxalifət təsir  göstərdiyinə görə onlar bu məsələyə münasibət bildirə bilmirlər. Lazımi danışıqlar aparılır, hesab edirəm ki, bir müddətdən sonra inteqrasiya prosesi sürətlə davam edəcək. Ermənilərin başqa yolu yoxdur, buna məcburdurlar.  Dövlət ermənilərin bizim cəmiyyətə inteqrasiya olunmağını istəyir ki, ölkədə sülhü təmin edə bilək. İnteqrasiya olunmadan, normal münasibətlər qurulmadan onlardan kimsə bizim əleyhimizə həmişə istifadə edəcəklər. Ermənilərin xislətini, Xocalı soyqırımını və digər qəddarlıqlarını heç vaxt unutmamalıyıq. İnteqrasiya olmazsa, Ermənistan tərəfindən kimsə alət kimi, maşa kimi bizim əleyhimizə istifadə edəck”.  



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar