Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu

Tarix: 04-10-2021 14:57     Baxış: 4206 A- / A+
İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Manevr.az xəbər verir ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Memorial Kompleksinin təməl qoyulma mərasimində iştirak edib.

Dövlət başçısı Cəbrayıl şəhərinin bərpasının da təməl daşını qoyub.

Daha sonra Prezident Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

İlham Əliyev bundan başqa Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Bu gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda "KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub.

Servis mərkəzini Rusiyaya məxsus "KamAZ” ASC ilə Azərbaycana məxsus "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.

Prezident "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının da təməl qoymasında iştirak edib.

Qeyd edək ki, Yeni sənaye parkı Zəngəzur iqtisadi rayonunda yaradılacaq.

Təməlqoyma mərasimi dövlət başçısının Cəbrayıl rayonuna səfəri çərçivəsində baş tutub.

Cəbrayılda yeni yarımstansiyanın açılışı olub.

Tədbirdə təməlqoyma mərasimi bu gün dövlət başçısının Cəbrayı rayonuna səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, yeni yarımstansiya 110/35/10 kV-luq-dur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar