Xəbər lenti
Məzuniyyətə gedən erməni hərbçilər Qarabağa qayıda bilmir – Bakının QADAĞASI

Qarabağdan Ermənistana – evlərinə məzuniyyətə gedən hərbçilər geri qayıda bilmir.
Manevr.az xəbər verir ki, dünən Ermənistan İstintaq Komitəsi məzuniyyətə getdikdən sonra Qarabağa qayıtmaq istəməyən iki hərbçi haqqında cinayət işi açıb.
“Hraparak” qəzeti yazır ki, iki erməni getmək istəməsə də, məzuniyyəti bitəndən sonra Qarabağa qayıtmaq istəyən hərbçilər də Laçın dəhlizindən buraxılmır.
“Müharibədən sonra Ermənistana məzuniyyətə gələn hərbçilər – sıravi əsgərlər, müddətdən artıq qulluqçular, zabitlər – geri qayıda bilmirlər. Və bu, rəsmi təsdiqlənməsə də, çoxsaylı məlumatlar var. Bir neçə gün öncə əsgərlərdən birinin atası oğlunun məzuniyyətdən sonra Qarabağa qayıtmaq istəyərkən Laçın dəhlizindən geri qaytarıldığını açıqlayıb. Əsgər hərbi biletini rus sülhməramlılarına göstərib, ona hərbçi olduğu üçün icazə verilməyib, yalnız mülki şəxslərin keçə biləcəyi deyilib. Əsgər Ermənistanda hərbi hissələrin birinə göndərilib. Bu, Azərbaycanın tələbi ilə qoşunların tədricən Qarabağdan çəkildiyinə dair daha bir sübutdur: tezliklə Qarabağda erməni əsgər qalmayacaq” – nəşr yazır./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar