Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Ankaraya qayıtdı, Putin onu dərhal Kremlə çağırdı – Kritik gəlişmə

Tarix: 01-10-2021 11:49     Baxış: 3161 A- / A+
Ərdoğan Ankaraya qayıtdı, Putin onu dərhal Kremlə çağırdı – Kritik gəlişmə

“Görünür, Azərbaycan öz şərtlərini qəbul etdirdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir”.

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ATƏT-in Minsk qrupunun yenidən Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq səylərinə diqqət çəkib:

“Bölgəyə səfərə gəlməyə hazırlaşan Minsk qrupu həmsədrləri Azəbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər. Prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini bildirdi. Görünür, Azərbaycan öz şərtlərini qəbul etdirdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir. Bu şərtlər də Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhfə vermək və Qarabağ məsələsini müzakirə etməməkdir.

Həmsədrlər iki ölkə arasında münasibətlərin qurulması istiqamətində vasitəçəlik edəcək. Amma ABŞ və Fransa bir müddətdən sonra “status” məsələsini gündəmə gətirə bilər. Bu da növbəti dəfə Ermənistan və Azərbaycan arasında təmasların qrulmasına mane olacaq. Təbii ki, Minsk qrupu ilk öncə 10 noyabr bəyanatının qeyd-şərtsiz yerinə yetirilməsinə çalışmalıdır. Bu baş verməsə, ümumiyyətlə bu formatdan imtina etmək lazım gələcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan Minsk qrupunun yenidən fəallaşmasından istifadə edərək, “status” məsələsinin gündəmdə qalmasına çalışa bilər:

“Qənaətimə görə, proses Bakı-Moskva-Ankara formatı çərçivəsində gedərsə, daha uğurlu olar. ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək.

Onu da qeyd edim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşdən sonra Rusiya lideri Vladimir Putin Baş nazir Nikol Paşinyanı Moskvaya dəvət edib. Görünür, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq. Yəni bu format işlək olsa, Minsk qrupunun yenidən dirçəlməsinə ehtiyac olmayacaq. Görünür, həmsədrlərin səfərinə etiraz etməyən Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar