Xəbər lenti
Sülhməramlıların yeni komandanı haqqında - Beş fakt

Sentyabrın 25-də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, Rusiya Qəhrəmanı, general-leytenant Gennadi Anaşkini Ermənistanın müdafiə naziri Arşak Karapetyana təqdim edib. Sentyabrın 29-da isə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gennadi Anaşkinlə görüşüb. Bununla da G.Anaşkin sülhməramlıların yeni komandanı kimi vəzifəsinin icrasına başlayıb.
Manevr.az sülhməramlıların yeni komandanı haqda 5 faktı təqdim edir.
1. Gennadi Anaşkinin neçə yaşı var?
17 dekabr 2021-ci ildə Gennadi Anaşkinin 53 yaşı tamam olacaq. O, Kuybışev (hazırda Samara) şəhərində anadan olub. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına daxil olub və Almaniyadakı sovet qoşunlarında xidmət edib.
1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandirləri Məktəbinə daxil olub. Buranı 1993-cü ildə bitirib və 337-ci qvardiya paraşüt-desant alayında xidmət edib.
2. Gennadi Anaşkin hansı elit birləşməyə komandirlik edib?
Gennadi Anaşkin 2012-ci ilin avqustundan 2014-cü ilin avqust ayınadək 31-ci qvardiya əlahiddə desant-hücum briqadasına komandirlik edib.
3. Gennadi Anaşkin niyə Rusiya Qəhrəmanı oldu?
Rusiya Federasiyası Prezidentinin 5 sentyabr 2008-ci il tarixli fərmanı ilə polkovnik Gennadi Anaşkin Cənubi Osetiya və Gürcüstanda gedən döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. O, həmin vaxt 104-cü qvardiya hava-desant alayına rəhbərlik edirdi.
4. Ukrayna hüquq-mühafizə orqanları Gennadi Anaşkini nədə ittiham edir?
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, 2014-cü ilin mart ayında 31-ci əlahiddə desant-hücum briqadasının komandiri və 50-yə yaxın hərbçi A2320 hərbi hissəsini (Ukrayna Hərbi Dəniz Qüvvələrinin 36-cı Sahil Mühafizəsinin ayrıca briqadası) əhatəyə və blokadaya alıblar.
5. Gennadi Anaşkin hansı sülhməramlı əməliyyatlarda iştirak edib?
Gennadi Anaşkin 1999-cu ilin dekabrından 2000-ci ilə qədər Bosniya və Herseqovina Respublikasında paraşüt-desant batalyonunun komandiri olub./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























